Xəbər lenti

 

Bu gün gündüz saatalrında Xəzərdə batan 5 nəfər xilas edilib.

Ovqat.com-a Fövqəladə Hallar Nazirliyindən verilən məlumata görə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:20-də başa çatıb.

Bundan öncə isə Dövlət Xidmətinə Bakı şəhəri, Sabunçu rayonunda 3 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub. Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 14:05-də başa çatıb.




Ana səhifəyə qayıt        Baxış: 835          Tarix: 1-08-2017, 18:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma