Xəbər lenti

 

Paytaxtın Xətai rayonunda bir qrup sakin dələduzluqla qarşılaşıb.

Ovqat.com-un məlumatına görə, həmin şəxs bu əməli törədərkən Cümə məscidinin adından istifadə edib.

Maraqlısı isə budur ki, pul qazanmaq üçün yeni üsul tapan şəxs hər qonşuya dini kağızları başqa adla satıb. 

Hüquqşünas Asif Abdullayev bildirir ki, vətəndaşlar belə şəxsləri gördükdə dərhal polisə müraciət etməlidirlər.

Dini Qurumlarla İş Üzrə Dövlət Komitəsindən isə məsələ ilə bağlı "Xəzər Xəbər"ə bildirdilər ki, faktla bağlı araşdırma aparacaqlar və hansısa məscidin adından sui-istifadə edənlərlə bağlı komitənin səlahiyyətləri daxilində addımlar atılacaq. /Xezerxeber.az/




Ana səhifəyə qayıt        Baxış: 341          Tarix: 23-08-2017, 21:19      

Xəbəri paylaş


Paylaş:   

Prizma