Xəbər lenti

 

Ağsu rayonunun Musabəyli kəndində yeniyetmə oğlan ağacdan yıxılaraq ölüb.

Ovqat.com xəbər verir ki, Xezerxeber.az-ın məlumatına görə,kənd sakini, 17 yaşlı Saleh Kərimli yaşadığı evin həyətində ağac budayarkən ehtiyatsızlıq edib və nərdivandan yerə yıxılıb. Ağır kəllə-beyin travması alan yeniyetmə oğlanın sağ qolunu torpağın üstündəki sınmış şüşə kəsib.

Saleh Kərimli Ağsu rayon Mərkəzi Xəstəxanasının cərrahiyyə şöbəsinə yerləşdirilib. Lakin o, qanaxmadan dünyasını dəyişib. Valideynləri və şahidlər Salehin həkim səhlənkarlığından öldüyünü iddia edirlər.

Məsələ ilə bağlı Ağsu rayon Mərkəzi Xəstəxanasından bildirildi ki, Saleh Kərimli xəstəxanaya daxil olarkən həyat əlamətləri olmayıb.

Faktla bağlı araşdırma aparılır. /Xezerxeber.az /

Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:




Ana səhifəyə qayıt        Baxış: 663          Tarix: 26-08-2017, 20:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma