AXCP sədrinin müavini Gözəl Bayramlının haqqında seçilmiş həbs qətimkan tədbirinin ev dustaqlığı ilə bağlı vəsatətinin təmin edilməməsi barədə məhkəmə qərarından verilən apelyasiya şikayətinə baxılıb.
Publika.az xəbər verir ki, bu gün Bakı Apelyasiya Məhkəməsində hakim Həsən Əhmədovun sədrliyi ilə baş tutan prosesdə Gözəl Bayramlının barəsində olan şikayət təmin edilməyib.
Qeyd edək ki, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Gözəl Bayramlının barəsində olan həbs qətimkan tədbiri daha iki ay uzadılıb. Onun vəkili həmin qətimkan tədbirinin dəyişdirilməsi və Gözəl Bayramlının ev dustaqlığına buraxılması barədə vəsatəti Nəsimi rayon Məhkəməsində rədd edilib. Qərardan müdafiə tərəfi apelyasiya şikayəti vermişdi.
İttihama görə, Gözəl Bayramlı 25 may 2017-ci il tarixdə saat 22 radələrində Gürcüstandan Azərbaycan ərazisinə keçərkən Qazax rayonunun Şıxlı sərhəd-nəzarət buraxılış məntəqəsində saxlanılıb.
Özünü şübhəli apardığına görə onun əl yükünə baxış keçirilərkən bəyan edilməmiş 12 min ABŞ dolları məbləğində pul vəsaiti aşkar olunaraq götürülüb.
Gözəl Bayramlı barəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.
İlkin araşdırmalarla Gözəl Bayramlı 24 may 2017-ci il tarixdə Azərbaycandan Gürcüstana gedərkən üzərində bəyan edilməli olan nağd pul vəsaiti olması müəyyən edilməyib.
Paylaş: