Xəbər lenti

 Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən 12 rayonun yeni bələdiyyə xəritələri hazırlanır.

Komitədən Axar.az-a verilən məlumata görə, artıq respublikanın 12 rayonunda torpaqların elektron kadastr uçotu işlərinin məlumatlarına istinad etməklə yeni bələdiyyə xəritələrinin hazırlanmasına başlanılıb. Dəqiq torpaq uçotu məlumatları əsasında Sumqayıt və Gəncə şəhərlərinin, Xızı, Abşeron, Salyan, Ağsu rayonlarının ərazilərindəki bütün bələdiyyələrin ərazilərinin xəritələrinin hazırlanması işi artıq yekunlaşıb. Bakı şəhəri üzrə bələdiyyə xəritələrinin də hazırlanması işi yekunlaşmaq üzrədir.

Bələdiyyə xəritələrinin mövcudluğu bələdiyyələr tərəfindən torpaq vergisinin toplanması işini sistemli şəkildə, qanunla müəyyən edilmiş çərçivələrdə aparmağa imkan yaradacaq. Bununla da torpaq idarəçiliyində əhaliyə göstərilən xidmət səviyyəsi, şəffaflıq və operativlik artacaq.

Qeyd edək ki, ölkə üzrə torpaq uçotu işlərinin 2020-ci ilədək yekunlaşdırılması nəzərdə tutulur.




Ana səhifəyə qayıt        Baxış: 905          Tarix: 8-09-2017, 09:55      

Xəbəri paylaş


Paylaş:   

Prizma