Şəfayət Avılbəyli
Mən hər gün sadəcə iki şey haqqında fikirləşə bilirəm: bir evdən işə çatmaq,birdə işdən evə qayıda bilmək ...
Hər gün bu iki fikri həyata keçirmək uğrunda beynimə min cür şeytanlar gəlir. Məsələn, deyirəm ki, görəsən, nə vaxt uçacayıq. Uçsaydıq, bu zəhrimar Koroğlunu görməzdik.
Bax, beləcə gic-gic fikirlərlə gəlib çıxırıq metro Koroğluya... Çox qəribə də olsa, bizim yolumuz gedəndə də, gələndə də Koroğlu metrosundan keçir. İndi şəhər əhlinin çoxu bu zonaya axışıb. Təbii ki, bunun da müəyyən səbəbləri var. Evlərini baha qiymətə satıb əlində sərmayə etməyə “məhkum”olanlar məhz bu ərazilərdə yerləşməyə üstünlük verir.
Əslində biz və bizimkimilər günümüzun 4 saatını sadəcə “Koroğlu” uğrunda mübarizəyə ayırırıq- bir növ KAMİKADZELİK ... Axırı ölüm də olsa, biz əsl kamikadzelik edirik.
Əvvəllər bu metronun adı Əzizibəyov idi, onda şükür, pis deyildi abu- hava... Sonralar bu metronun adını dəyişib elədilər Koroğlu...
“Koroğlu” demişkən, bir alimimiz yazmışdı ki, Koroğlu Gədəbəy rayonunun ərazisində yaşamışdır. Bunu əsaslandırmaq üçün bəzi arqumentlər də ortaya qoymuşdu. Məsələn, Gədəbəy ərazisində Koroğlu qayası olması, Şəmkir rayonunda Çənlibel qəsəbəsi kimi yer, yurd adları, sən demə, imkan verir, deyək ki, məhz Koroğlu Gədəbəydə “doğulub” və orada yaşayıb, 7777 dəlisi də elə orda “təşəkkül” və “tənəzzül” etmişdir. Düzdü, indinin özündə də burada “dəlilər” çoxdu. Hətta Koroğlu kimi adamlar da var-yəni bığıburma. Amma ki, nə faydası, hər axşam metro Koroğludan evinə belə getməyə taqəti yoxdu..
Bunlar başqa, məndən deməkdi; 5 əsr sonra deyəcəklər ki, Koroğlu Gədəbəydə yox, məhz elə Bakıda, indi adını verdiyimiz Koroğlu metrosunda yaşayıb. Necə ki, Azərbaycan dili dərsliyində Şirvanşah oğluna deməyibmi ki, oğul bir bina tikdirərsən, özü də İçərişəhər metrosunun yanında...?
Lakin Koroğlu çox qoçaq adam olub, durub Gədəbəydən düz Toqata, Amasiyaya, nə bilim İqdıra, İzmirə qədər gedib... Heç bir dəfə də olsun oxumadım ki, Koroğlu Kürdəmirə, Ucara, Şamaxıya səfər edib...
Deyilənə görə, təkcə Kürdoğlu anasının yanından dədəsinə tərəf gələndə Kürdəmirdən keçib. Kürdəmirə çatanda öz-özünə deyib ki, anama demişdim, heç kimə demə, hələ bir yazıb yola da yapışdırb-KürdƏmir...))))
İndi hər axşam bu metronun həndəvərində dolaşan dəlilər sadəcə evlərinə getmək uğrunda kamikadzelik edirlər.Bu KAMİKADZELERİN axırı isə məlumdur.
Paylaş: