Xəbər lenti

 

İqlim dəyişikliyi üzrə Paris anlaşmasının tam həyata keçirilməsi Rusiya iqtisadiyyatında ciddi itkilərə səbəb olacaq. 

Ovqat.com report.az-a istinadən bildirir ki, "E3-Modeliing" adlı araşdırmada yeraltı yanacaq ehtiyatlarına tələbin azalmasının Rusiya iqtisadiyyatına təsiri təhlil edilib.

Araşdırmada iştirak edən analitiklər Rusiya iqtisadiyyatının tezliklə strukturunu diversifikasiya etmək və enerji effektivliyini artırmaq məcburiyyətində qalacaq. Yunanıstanın hazırladığı "E3-Modelling" enerji-iqtisadi-ekoloji modelləşmə laboratoriyası tərəfindən həyata keçirilən araşdırmada 2050-ci ilə qədər 46 ölkənin iqtisadiyyatına Paris anlaşmasının təsiri öyrənilib. 

Araşdırmada hadisələrin 3 variant üzrə cərəyan edəcəyi proqnozlaşdırılır:

1. Baza variantı: Paris anlaşması nəzərə alınmadan cari iqlim siyasəti həyata keçirilməklə Rusiya iqtisadiyyatının 2020-2030-cu illərdə 2%, 2030-2040-cı illərdə 1,4%, 2040-2050-ci illərdə isə, orta hesabla, 0,4% artacağı gözlənilir;
2. İkinci ssenari: Paris anlaşmasına riayət edilməsi durumunda qlobal neft-qaz tələbatında azalma olacağı gözlənilir. Rusiyanın 2030-cu ilə qədər yeraltı yanacaq ehtiyatı hasilatının 4%, ÜDM-in isə baza variantı ilə müqayisədə 0,1 faiz bəndi azalacağı proqnozlaşdırılır;
3. Üçüncü variant: Qlobal istiləşmənin 2 dərəcədən çox artmasının qarşısını almaq üçün ölkələrin əlavə öhdəliklər qəbul etməsi durumunda Rusiya iqtisadiyyatının gələcəyi üçün bədbin proqnozlar verilir. Bu variantda yeraltı yanacaq növlərinə baza variantı ilə müqayisədə tələbin 28% azalacağı gözlənilir. Rusiyanın bu sahədə ixracının 2050-ci ilə 17% azalacağı ehtimal edilir. ÜDM isə 2035-ci ilə qədər 1%-ə, sonra azalaraq 2040-2050-ci illərdə 0%-ə enəcək. Bu variantla 2020-2045-ci illərdə Rusiyada işsizliyin 145% artması gözlənilir.




Ana səhifəyə qayıt        Baxış: 989          Tarix: 11-12-2017, 21:09      

Xəbəri paylaş


Paylaş:   

Prizma