Bəşir Məhəmməd
“Pew” Araşdırmalar Mərkəzi (ABŞ)
Müsəlmanların miqrasiyası və əlaqədar məsələlərlə bağlı son siyasi müzakirələr bir çox insanda bu sualın yaranmasına səbəb olub: ABŞ-da nə qədər müsəlmanın yaşayır? Ancaq suala cavab vermək asan deyil, qismən ona görə ki, ABŞ-ın Əhalini Siyahıyaalma Bürosu dinlə bağlı sual vermir, yəni ABŞ-da müsəlman əhalinin rəsmi sayı bilinmir.
“Pew” Araşdırmalar Mərkəzinin demoqrafik araşdırmalara əsasən, həm də xaricdəki mənbələrə əsaslanaraq, 2017-ci ildə ABŞ-da yaşayan hər yaşdan təxminən 3,45 milyon müsəlman olduğu və müsəlmanların ABŞ-ın ümumi əhalisinin 1,1% -ini təşkil etdiyi təxmin edilir.
ABŞ-dakı müsəlmanlar, təxminimizə görə, özünü yəhudi sayan amerikalıların sayı qədər deyil. Eyni zamanda, proqnozlarımız göstərir ki, ABŞ-ın müsəlman əhalisi ölkənin yəhudi əhalisindən daha sürətlə artacaq. 2040-cı ilədək müsəlmanlar xristianlardan sonra ikinci ən böyük dini qrup olan yəhudilərdən sayca üstün olacaqlar. 2050-ci ilə qədər ABŞ-ın müsəlman əhalisinin 8.1 milyon nəfərə çatması düşünülür. Bu, ölkənin ümumi əhalisinin 2,1%-i deməkdir, yəni bugünkü göstəricidən təxminən iki dəfə çox.
Ən son araşdırma 2017-ci ildə ABŞ müsəlmanlarına dair sorğu məlumatlarını birləşdirir. Bu, mühacirlər və digər demoqrafik qruplar arasında müsəlmanların payı barədə rəsmi siyahıyaalma bürosunun məlumatlarıdır.
Müsəlmanlar ölkənin hər tərəfində bərabər paylanmayıb. Vaşinqton kimi bir sıra metropolislərdə böyük müsəlman icmaları var. Eyni şəkildə, Nyu-Cersi kimi bəzi ştatlarda da adambaşına düşən müsəlmanların sayı iki və ya üç dəfə çoxdur. Amma çox az müsəlman əhalisi olan ştatlar və şəhərlər də var.
Müsəlman-amerikalı əhalinin sayının ilk qiymətləndirməsindən bəri, ABŞ müsəlmanlarının sayı nisbətən aşağı səviyyədə olmasa da, sürətlə inkişaf edir. 2007-ci ildə ilk dəfə müsəlman amerikalılar ilə bağlı araşdırma apararkən, ABŞ-da (1.5 milyon yetkin də daxil olmaqla) 2.35 milyon müsəlman olduğunu düşündük. 2011-ci ildə müsəlmanların sayı 2,75 milyona (1,8 milyon yetkin daxil olmaqla) çatmışdı.
O vaxtdan bəri müsəlman əhali, ABŞ-da davamlı miqrasiyası ilə bərabər, ildə təxminən 100 min nəfər artmaqda davam edib, üstəlik müsəlman amerikalılar arasında doğum səviyyəsi yüksəkdir.
Amma ABŞ-ın müsəlman əhalisinin sayına təsir göstərən digər amillər var. Çünki əksər amerikalılar İslamı qəbul edərkən, köhnə əqidələrindən ayrılıblar. Həqiqətən, hər beş amerikalı müsəlmandan biri fərqli inanc ənənəsində böyüyüb və İslamı qəbul edib. Və əksinə, müsəlman ailəsində böyüyüb dinini dəyişən şəxslər var.
Tərcümə: Strateq.az
Paylaş: