Xəbər lenti
Dünən, 19:25

vestikavkaza.ru,11.02.2018

 

Prezident İlham Əliyev Yeni Azərbaycan Partiyasının qurultayında çıxış edərkən bildirib ki, İrəvan Azərbaycanın tarixi ərazisidir və azərbaycanlılar ora qayıtmalıdırlar. Ermənistan tərəfi Azərbaycan dövlət başçısının bu bəyanatının məğzini ya anlamayıb, ya da öz ənənələrinə sadiq qalmaqla mənanı təhrif edərək həm öz, həm də Rusiya KİV-lərində tirajlamağa başlayıblar.

Prezident İlham Əliyev habelə vurğulayıb ki, İrəvan Azərbaycanın tarixi ərazisidir, bunu təkzib etmək mümkünsüzdür, çünki həqiqətdir. Dəlilsiz görünməmək üçün bu faktı təsdiqləyən tarixi məlumatları göstərək.

İrəvan xanlığı yaradılana qədər onun ərazisində Səfərvilər sülaləsinin dörd bəylərbəyiliyindən biri olmuş Çuxursəəd bəylərbəyiliyi var olub. 1504-cü ildə Səfəvi sərkərdəsi Rəvanqulu xan Şah İsmayılın tapşırığyla burada qala ucaltmağa başlayıb. Zəngi çayının (ermənilər adını dəyişərək Razdan qoyublar) qayalı sahilində qalanın inşası yeddi ilə başa çatıb və Rəvanqulu xanın şərəfinə “Rəvan qalası” adlanmağa başlayıb.

Və burada sual yaranır: “Qalanın adı niyə Rəvan deyil, İrəvan kimi tələffüz olunub?” Bunun çox sadə, yeri gəlmişkən, bu bölgənin müsəlman əhalisinin, həmçinin Səfəvilərin kim olur-olsun, təkcə türk olmadığı haqda ermənilərin iddialarını alt-üst edən izahı var. Məsələ burasındadır ki, Azərbaycan dili daxil olmaqla türk dillərində sözlər “l” və ya “r” hərfiylə başlaya bilmir. Türk dillərində bu samitlə başlayan sözlərin, demək olar, hamısı başqa dillərdən alınmadır. Buna görə də yerli əhali "Rəvan"ı "İrəvan" kimi tələffüz edib. Örnək üçün doğma dilindən başqa dili bilməyən azərbaycanlıların “İramin”, “İrasim” və s. kimi tələffüz etdikləri "Rasim", "Ramin" kimi adları göstərmək olar.

O vaxtlar şəhərə çevrilmiş qala xeyli sayda məscid və minarələrilə ad çıxarıb – təkcə qalanın özündə 8 məscid, Azərbaycan türklərinin yaşadıqları 800 ev olub.

Rusiya imperiyasının Qafqaz, Ön və Kiçik Asiyaya ekspansiyası zamanı bu əraziləri 2-3 il ərzində iğal edəcəklərinə əmin olan rusların planına baxmayaraq, İrəvan şəhəri 23 il boyunca Rusiya qoşunlarına qarşı uğurla dura bilib. Və yalnız 1827-ci ildə Rusiya hərbçilərinin bu qalanı ələ keçirməkdə sayca beşinci cəhdi uğurla nəticələnib.

Ötən illər ərzində qalanın qismən dağıdılmasına baxmayaraq, İrəvan qalasının içindəki bır sıra tikililər Ermənistanda sövet hökumətinin qurulmasilə yerli hökumətin qalanı, sərdarın sarayını, məscidləri, hamamları və İrəvanın  müsəlman və türk keçmişini yada salan istənilən tikilini tamamilə sökməyə girişdiyi XX əsrin 20-ci illərinədək saxlanıb. 2011-ci ildə 500 ili tamamlanacaq İrəvanda türk və müsəlman irsinin izləri tamamilə məhv edildikdən sonra 1936-cı ildə adı dəyişilərək Yerevan qoyulub.

Xoşbəxtlikdən, İrəvanın müsəlman irsininn təsvir olunduğu rəssamlıq şəkilləri və fotoşəkillər bu günədək qalıb.

Habelə unutmağına dəyməz ki, XX əsr boyunca Ermənistanda azərbaycanlı əhaliyə münasibətdə zaman-zaman etnik təmziləmələr, deportasiyalar və qətllər həyata keçirilib, nəticədə bu gün Ermənistanda bir azərbaycanlı da qalmayıb.

Rəsmi İrəvanın ksenofobiya siyasəti həm də bu faktla təsdiqlənir ki, dünyanın ən çoxmillətli bölgələrindən birində yerləşən Ermənistan burada yeganə təkmillətli ölkədir.

Qeyd etməyinə dəyər ki, XIX əsrin ikinci yarısında İran və Osmanlı imperiyasından ermənilərin xeyli sayda köçünə baxmayaraq, azərbaycanlılar XX əsrin başlanğıcında İrəvan şəhərində hələ də çoxluq təşkil ediblər. Etnik təmziləmə və ermənilərin bütün Ermənistanda, xüsusən də Zəngəzurda silahsız azərbaycanlı əhaliyə qarşı törətdiyi qətliam azərbaycanlıların sayca xeyli azalmasına və Azərbaycvan, İran və Türkiyənin qonşu bölgələrinə kütləvi axınına səbəb olub.

Sovet hökuməti qurulandan sonra Ermənistan Dağlıq Qarabağın Azərbaycandan qoparılması və Azərbaycanın bu bölgəsinin sonradan Ermənistana birləşdirilməsi planını SSRİ rəhbərliyinin müzakirəsinə çıxarıb.

Paralel olaraq xarici ölkələrdən ermənilərin Ermənistana köçürülməsi haqda məsələ qaldırılıb. Bu məsələ II Dünya savaşının sonunadək ciddi nəzərdən keçirilməyib. Lakin özəl önəmi olan Bosfor və Dardanel boğazlarını qəsb etmək qəsdilə Türkiyəyə hücum planlaşdıran Stalin 1947-ci ildə 100 minə yaxın azərbaycanlının Ermənistandan Azərbaycana deportasiyası haqda sərəncam imzalayıb. Nəticədə 1948-1954-cü illərdə 100 mindən çox azərbaycanlı doğma torpaqlardan zorla deportasiya olunub, onların yerinə isə xaricdən 90 mindən çox erməni gələrək Ermənistanın demoqrafik mənzərəsinə ciddi təsir göstərib.

1980-ci illərin ortalarından ermənilərin Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə iddiasının növbəti mərhələsi başlanıb. Ermənistan SSRİ rəhbərliyinin gizli dəstəyindən faydalanıb 1987-ci ildə Ermənistandan azərbaycanlı əhalinin deportasiyasına başlayıb. Və artıq 1990-cı illərin başlanğıcına doğru Ermənistanda bir azərbaycanlı da qalmayıb.

Bu, məsələnin tarixi bölümüdür.

Siyasi yönünə toxunarkən, qeyd etmək lazımdır, məntiqlə dostluq edən hər kəs asanlıqla anlamağı bacarar ki, Dağlıq Qarabağ münaqişəsinin beynəlxalq hüququn norma və prinsipləri, habelə BMT Təhlükəsizlik Şurasının uyğun qətnamələri əsasında, Azərbaycanın ərazi bütövlüyü çərçivəsində ədalətli çözümündən sonra azərbaycanlıların öz Vətəninə – İrəvana, Zəngəzura və Ermənistanın başqa ərazilərinə qayıtmaq haqqı olacaq, ermənilər də Bakıya, Gəncəyə, Dağlıq Qarabağa və Azərbaycanın başqa bölgələrinə qayıtmağı bacaracaqlar. Bütün bunlar Dağlıq Qarabağ münaqişəsinin Azərbaycan hökumətinin tərəfdar olduğu dinc və ədalətli tənzimləməsindən sonra baş verəcək. Bu fonda bu bəyanatda nəyin Ermənistan tərəfinin çılğın hiddətini doğurduğunu yalnız ehtimal etmək qalır.

Və həm də Ermənistanın Azərbaycanın Xocalı şəhərində insanlığa qarşı cinayətdə iştirak etmiş fəaliyyətdəki prezidenti Serj Sərkisyanın özü bildirib ki, Ermənistan rəhbərliyinin məqsədi təkcə Azərbaycan ərazilərinin işğalı deyil, həm də ermənilərin böyüyən nəslini yeni təcavüz və işğallara hazırlamaqdır.

Dəlilsiz görünməmək üçün Ermənistan prezidentinin 2011-ci ilin iyulunda V Panermənistan olimpiadasının iştirakçıları və “Luys” fondunun təqaüdçüsü olan tələbələriylə görüşdə dediyi sözləri göstərək (bu görüşün stenoqramıyla Ermənistan prezidentinin rəsmi saytında tanış olmaq mümkündür). Tədbirə qatılanlardan biri Serj Sərkisyana sıradakı sualı verib: Mən, Qriqor Ambartsumyan, Ararat vilayəti Şaumyan orta məktəbinin şagirdiyəm. Hörmətli prezident, Ermənistan dünyada ən qədim dövlətlərdən biri sayılır və ölkəmiz bir zamanlar dünyanın ən güclü dövlətlərindən biriydi – Böyük Tiqranın vaxtında. Lakin biz bunu Ermənistanın indiki durumu haqda deyə bilmərik. Mənim üçün maraqlıdır, bir alman diplomatın xəbər verdiyi kimi, bizə Sevanda üzməyə yer qoyduqları, amma qurunmaq üçün yer saxlamadıqları Batumi müqaviləsini xatırladan, yaxud Araratla birlikdə Qərbi Ermənistanı bizə qaytaracaq gələcək bizi gözləyirmi?”

Ermənistan prezidentinin cavabı sıradakı olub: “Bunların hamısı səndən və sənin nəslindən asılıdır. Düşünürəm ki, 1990-cı illərin əvvəlində vətənimizin bir hissəsini – Qarabağı düşmənlərdən qorumaq gərəkəndə mənim nəslim qarşısında duran vəzifəni icra edib. Biz bunu etməyi bacardıq. Və mən bunu kiməsə tənə vurmaq üçün demirəm. Demək istəyirəm ki, hər nəslin öz vəzifəsi var və o bu vəzifəni yerinə yetirməyi və yaxşı icra etməyi  bacarmalıdır…”

İndi isə prezident İlham Əliyevin mesajını – “İrəvan – azərbaycanlıların qayıtmalı olduğu tarixi Azərbaycan torpağıdır” – prezident Serj Sərkisyanın mesajıyla tutuşduraq: “Mənim nəslim Qarabağı qaytarıb, Araratın (Ağrıdağın-tərc.) qaytarılması sənin nəslinin vəzifəsidir”.

Azərbaycan prezidenti azərbaycanlılaırn İrəvana qayıtmalı olduğunu iddia edərkən Serj Sərkisyan erməni gəncliyindən Araratı qaytarmağı tələb edir.

Bax, bütün bu uzun illər ərzində Dağlıq Qarabağ münaqişəsinin dinc tənzimlənməsi prosesini yamsılayan ölkə lideri tərəfindən Ermənistanın gələcək nəsillərinə çağırış bu cürdür. Bu, erməniçiliyin təzavüzkar mahiyyətinin çoxsaylı əyani nümayişindən biridir. Ermənistanın mövqeyi bu cürdür və ən başlıcası – bu ölkə ilə problemin dinc həllinə nail olmaq mümkün deyil. Faşizmi, işğal siyaətini, problemin həllində güc tətbiqini təbliğ edən dövlət yalnız gücün dilini başa düşür.

Yekunda Ermənistan tərəfə məsləhət vermək istərdik ki, “Qaranlıq otaqda qara pişiyi axtarma – xüsusən də o, orada yoxdursa”  “Öz gözündə tiri görmürsənsə, başqasının gözündə qıl axtarma”.

Tərcümə Strateq.az-ındır.




Ana səhifəyə qayıt        Baxış: 1 084          Tarix: 12-02-2018, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma