Xəbər lenti
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
27-11-2024, 21:44
27-11-2024, 19:25
27-11-2024, 18:39
27-11-2024, 17:44
27-11-2024, 16:30
27-11-2024, 15:49
Pivə mayası faydalı müalicə məhsuldur. Pivə ilə müqayisədə onun tərkibində spirt yoxdur və bu səbəbdən pivə mayasını həm böyüklər, həm də uşaqlar qəbul edə bilər.
Cücərdilmiş buğda və mayaotundan hazırlanan pivə mayası tam təbii məhsuldur. Onun tərkibində bir çox faydalı vitaminlər (xüsusilə B qrupu vitaminləri) və minerallar var. Belə zəngin tərkibə görə pivə mayası orqanizmə ümumi möhkəmləndirici təsir edir, orqanizmin tonusunu artırır, immun, sinir və mədə-bağırsaq sisteminə çox müsbət təsir edir.
Pivə mayası stress, depressiya, yuxusuzluqdan əziyyət çəkənlər üçün çox faydalıdır – sakitləşdirir, yuxunu tənzimləyir, sinir sistemini möhkəmləndirir.
Həzm problemlərləri, iştahasızlıqdan əziyyət çəkənlər də bu təbii məhsuldan faydalana bilərlər. Pivə mayası qidanın həzmini və nazik bağırsaqda sovrulmasını yaxşılaşdırır, mədəaltı vəzinə müsbət təsir edir, iştahanı artırır.
Həzm problemlərləri, iştahasızlıqdan əziyyət çəkənlər də bu təbii məhsuldan faydalana bilərlər. Pivə mayası qidanın həzmini və nazik bağırsaqda sovrulmasını yaxşılaşdırır, mədəaltı vəzinə müsbət təsir edir, iştahanı artırır.
Pivə mayası orqanizmi ziyanlı maddələrdən təmizləyir.
Pivə mayası həm də kosmetik məhsuldur. Bu məhsul saç, dəri və dırnaqların sağlamlığına olduqca müsbət təsir edir. Onun qəbulundan sonra saçlar canlı və möhkəm olur, daha tez uzanır, onların tökülməsi azalır, dəri civzələr, iltihablar, ləkələrdən təmizlənir, dırnaqların vəziyyəti yaxşılaşır.
Gözəllik üçün pivə mayasını həm daxilə qəbul etmək, həm də maskaların tərkibinə əlavə etmək lazımdır.
Pivə mayası apteklərdə toz, qranullar və həblər şəklində satılır. Pivə mayasını qablaşdırmanın üzərində olan təlimata uyğun qəbul etmək lazımdır. Həb şəklində olan pivə mayası gündə 3 dəfə yeməkdən sonra 2 həb olmaqla qəbul olunur. 3-12 yaş arası uşaqlar üçün – 1 həb. Pivə mayası 1 ay ərzində qəbul edilir.
Nəzərə almaq lazımdır ki, pivə mayası bəzən allergik reaksiyalara və həmçinin köp və ishala səbəb ola bilər. Bu halda pivə mayasının qəbulunu dayandırmaq lazımdır.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar