Xəbər lenti


BAXCP sədri, millət vəkili Qüdrət Həsənquliyev su qıtlığının aradan qaldırması üçün hansı atılmasının zəruri olduğu barədə partiyanın mətbuat xidmətinin sualını cavablandırıb. 

BAXCP sədri qeyd edib ki, İlk növbədə Bakı şəhərində kanalizasiya suları dənizə axıdılmamalı, təmizlənərək suvarmada və yaşıllaşdırmada istifadə olunmalıdır: 

"Bundan başqa, təcili Kürün Xəzərə tökülən hissəsində bənd vurulmalı, dənizin duzlu suyunun çaya daxil olmasına imkan verilməməlidir. Kürün də suyunun dənizə tökülməsi həmin bəndlə məhdudlaşdırılmalı və kənd təsərrüfatı üçün istifadə olunmalıdır. Azərbaycan BMT Təhlükəsizlik Şurasına müraciət etməli, Sərsəng su anbarının Azərbaycanın istifadəsinə qaytarılmasını tələb etməlidir. Tələb qısa bir müddətdə yerinə yetirilməzsə Azərbaycan həmin əraziləri işğaldan azad etməlidir. Neftçalada Kür üzərində tikiləcək bəndlə bağlı ekoloji məsələlər mütəxəssislərlə müzakirə olunmalıdır. Azərbaycan təcili sənaye üsulu ilə suvarma sisteminə keçməlidir. Hər kəs sudan qənaətlə istifadə etməlidir. Bir də özümüzdən asılı olanı etməklə yanaşı, Allaha dua etməliyik ki, bizi su ilə sınağa çəkməsin, bol yağışlar yağsın".MODERATOR.AZ



Ana səhifəyə qayıt        Baxış: 3 409          Tarix: 2-07-2020, 22:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma