Xəbər lenti
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Dünən, 10:00
25-11-2024, 23:29
25-11-2024, 22:50
25-11-2024, 21:23
25-11-2024, 20:40
25-11-2024, 18:55
25-11-2024, 17:20
25-11-2024, 16:54
"Azərbaycanda dövlət idarəetməsində ciddi islahatlar aparılmalı, bir-birini təkrarlayan qurumlar, o cümlədən rayon icra hakimiyyətləri ləğv edilməlidır. Ən əsası dövlət qurumlarının işi yenidən qurulmalı, səmərəliliyin ölçülməsi standartları tətbiq edilməlidir".
Bunu fed.az-a müsahibəsində beynəlxalq standartlaşdırma üzrə mütəxəssis, ”Bureau De Qualite” şirkətinin rəhbəri Asif İbrahimov bildirib.
"Son vaxtlar icra başçılarını bir-birini ardınca dəyişdirirlər – vəzifədən normal gedən də demək olar ki yoxdur, hamısı həbs edilib işdən qovulur. Bu proses nəticəsində yerli icra hakimiyyətlərində idarəetmə dəyişə bilərmi" sualına ekspert belə cavab verib:
"İnsanlar bizə tez-tez sual verirlər ki, 5 rayonun icra başçısı həbs edilməsinə baxmayaraq yerdə qalanları niyə hələ də rüşvət, korrupsiya, tenderlərə fəsad qarışdırma və bir sıra dövlət əleyhinə fəaliyyətlərlə məşğul olurlar, hələ 6-cı rayonun da İcra başçısı həbs edilir? Əgər bələdiyyələr varsa, niyə İcra Hakimiyyətləri də mövcuddur? Birmənalı olaraq deyirəm ki, icra hakimiyyətləri ləğv edilməlidir".
Asif İbrahimov hesab edir ki, bu məsələdə Türkiyə modelininin fundamental elementlərini istifadə edə bilərik:
"Bələdiyyələrin səlahiyyəti artırılmalıdır. Bələdiyyələrimiz bu gün dövlətdən maliyyələşir, lakin fəaliyyətləri torpaq satışından ibarətdir. Bu istiqamətdə Türkiyə modelini daha uğurlu hesab edirəm. Yerli icra orqanlarının dövlət büdcəsindən vəsait alması dayandırılmalıdır. Bu qurumlar özləri özlərini təmin etməli, həvalə edilmiş rayonlarda biznes mühitinin, turizmin inkişafını təmin etməli və yerli və beynəlxalq investorların cəlb edilməsini təmin etməlidirlər".
Ekspert bildirib ki, Azərbaycandakı idarəetmə modeli çoxdan dəyişdirilməli idi:
"Çünki dünya artıq bizim istifadə etdiyimiz idarəetmə yanaşmasından imitina edir. Biz isə SSRİ dönəmindən bizə miras qalmış idarəçilik üsulunu davam etdiririk, ölçülə bilən idarəçilik tam təmin edə bilməmişik, üfuqi və şaquli məsuliyyət bölgüsünı də düzgün həyata keçirməmişik. Hamımız yaxşı bilirik ki, Azərbaycan dünyada ən çox məmur sayına malik olan ölkələrdəndir. Sovet dövründə olduğu kimi rayon katibləri-icra başçıları hələ də mövcuddur. Dövlət büdcəsindən vəsaitlər hesabına öz fəaliyyətlərini israfçılıqla davam etdirirlər, hətta reqionlarda sahibkarlığın inkişafına da maneçilik törədirlər. Qazanmadığın pulları xərcləməyə nə var ki? Belə olduğu halda hansı inkişafdan, ixracdan iqtisadiyyatdan danışmaq mümkündür? Bilirisiniz ki, ölkə başçısı reqionların inkişafı məsələsini xüsusi nəzarətdə saxlayır və bu illər ərzində yüz milyarddan çox vəsaiti reqionların inkişafına yönəltmişdir. Hanı bu yüz milyardlıq inkişaf?"
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar