Xəbər lenti
Bu gün, 16:30
Bu gün, 14:00
Bu gün, 12:33
Bu gün, 12:17
Bu gün, 10:55
Bu gün, 09:42
Dünən, 23:14
Dünən, 22:58
Dünən, 21:42
Dünən, 19:19
Dünən, 18:37
Dünən, 17:30
Dünən, 15:15
Dünən, 14:35
Biz qətiyyən düşünmürük və ən əsası da tələb etmirik ki, Minsk Qrupunun (MQ) həmsədrləri Ermənistan hakimiyyətinin bütün addım və bəyanatlarını, xüsusən də Paşinyanlar ailəsininin çıxardığı bütün hoqqalara reaksiya versinlər və yaxud da onları şərh etsinlər.
Amma indi bölgə barıt çəlləyini xatırladır; təhlilçilər, siyasi müşahidəçilər, nə az, nə də çox, Azərbaycanla Ermənistan arasında geniş miqyaslı müharibənin başlanması ehtimalını çözməyə cəhd edirlər.
Onların bəzisi iddia edir ki, guya bütün bölgə ciddi geosiyasi dəyişikliklər - proseslər ərəfəsindədir, təhlilçilər hətta geosiyasi restavrasiya ssenarisini belə istisna etmirlər, çünki bölgədəki Rusiya “qabarma”ları və “çəkilmə”ləri də diqqətdən qaçmır, çünku müxalifətçi A.Navalnıyla baş vermiş hadisə müəyyən mənada simvolikdir.
Kremldə bəziləri siyasi mübarizənin stili və xarakteri, ən əsası da çərçivələri haqqında nəinki özlərinin daxili müxalifətinə tətbiqən, hətta “yaxın xaric”in, yəni post-sovet məkanının həqiqətən də azad və müstəqil ölkələrinə belə tətbiqən qətiyyən düşünmürlər, əksinə onların düşüncəsinə görə, tək azad insanlar yox, elə azad ölkələr də əməkdaşlıq üçün tamam yararsız sayılırlar…
Amma MQ həmsədrləri bu dəfə də “sükut vədini” pozmamaq qərarına gəliblər. Təsadüfi deyil ki, məsələnin belə durumu hətta Pol Qobl kimi politoloqların da diqqətini cəlb edibdir. O, Azərbaycan telekanallarının birinə müsahibəsində həmsədrlərin ünvanına xeyli tənqidi fikirlər dedi və xüsusən də Rusiyanı münaqişənin dondurulmasında maraqlı olmaqda və danışıqlar prosesini süni şəkildə uzatmağa çalışmaqda qınadı...
Mümkündür ki, həmsədrlər yaxın günlərdə yay mürgüsündən ayılıb hansısa bəyanat versinlər. Amma bu heç nəyi dəyişməyəcək. Belədə isə, elə həmsədrlər də prosesin uzanmasında maraqlıdırlar, çünki ən azı bu, onlar üçün rahat iş və böyük maaşlar deməkdir və unutmaq lazım deyil ki, dilomatlar adətən komfortu sevirlər. Elə bu səbəbdən də, bir daha deyirik ki, onlar heç marağında deyillər ki, bəyanatları nəyisə dəyişsin.
Təşviş doğuran məqam budur ki, dünyada və regionda geosiyasi qruplaşmalar sezilir. Yadımızdadır ki, hələ 90-cı illərin əvvəllərində siyasi təhlilçilər geosiyasi çoxbucaqlılar haqqında çox yazır və danışırdılar. Belə çoxbucaqlılardan biri də Afina-İrəvan-Moskva-Tehran alyansı idi. Ona görə də Azərbaycan prezidenti İlham Əliyevin yunan səfirinə Ankara və Afina münasibətlərilə bağll dediyi sözlər heç də ritorik mahiyyət daşımır.
Yox, prezident çox mühüm məqama toxunaraq diqqətə çatdırmağa çalışdı ki, qeyd olunan bu ölkələr daim anti -Türkiyə, ümumiyyətlə, anti-türk birlikləri yaratmağa cəhd göstəriblər və indi də bunu edirlər.
Bu çoxbucaqlıda Tehran, əgər belə demək mümkünsə, bir qədər aralıq mövqe tutur, çünki onu Ankara və Bakı ilə çox ciddi münasibətlər birləşdirir. Üstəgəl, Tehranın xəbərdarlığına baxmayaraq İrəvan İsraildə öz səfirliyini açıbdır ki, bu, da ekspertlərin fikrincə, İranla Ermənistan arasındakı münasibətlərin soyumasına gətirəcəkdir. Amma bu, hələ baş verməyib və ən azı hələki bunun əlamətəri görünmür. Məsələ bundadır ki, Tehranı da strateji perspektivdə Afina çoxbucaqlısı ilə daha çox amil bağlayır, nəinki türk dünyası ilə...
Qərəz, regiondakı son geosiyasi küləklər bu intensivlikdədir. Biz ən ümumi bir sxemi cızmağa çalışdıq, əslində isə vəziyyət bir az da mürəkkəb və dolaşıqdır. Amma bu mürəkkəb geosiyasi arxitekturada Bakının geosiyasi seçimi kristallaşır: bəli, Bakı bir çox analitiklərin və siyasətçilərin iddiasına rəğmən, Moskvanı yox, Ankaranı seçir.
Amma Azərbaycan bu gün də özünün regional dəyərlərinə və prinsiplərinə sadiq qalır, Moskva ilə münasibətlərə də çox böyük önəm verir. Tək son bir ay ərzində bizim iki mühüm nazirimiz – xarici işlər və müdafiə nazirlərimiz Moskvada işgüzar səfərdə olublar.
Yeni xarici işlər nazirimiz bilavasitə özünün rusiyalı həmkarı ilə çox mühüm danışıqlar apardısa, müdafiə nazirimiz həm də MDB ölkələrinin müdafiə nazirlərinin toplantısında da iştirak etdi.
Belə təmaslar-kontaktlar təkcə ikitərəfli münasibətlər baxımından önəmli deyil, Kremlin Tovuz hadisələri zamanı davranışının bəzi aspektlərini aydınlaşdırmaq baxımından da çox mühümdür. Rusiyanın müdafiə naziri bu xüsusda artıq demişdi ki, guya ölkəsinin təyyarələri Ermənistana silah yox, özlərinin oradakı bazaları üçün tikinti materialları daşıyıblar. Amma belə şərhlər çox da inandırcı görünmür və bu baxımdan qəti hesab etmək olmaz ki, biz öz sorğularımıza Rusiyadan inandırıcı cavablar almışıq. Odur ki, bu ölkənin müvafiq strukturları ilə kontakları davam etdirmək zəruridir, çünki rusların belə bir məsəli var: müqəddəs yer boş qalmır...
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar