Xəbər lenti

Sərkis Artsruni

1-in am (Ermənistan), 03.06.2018

 

Ermənistanda baş vermiş məxməri inqilabdan sonra aydın idi ki, Artsaxda da (mətndə bu cürdür-red.) dəyişikliklərə müəyyən ehtiyac meydana çıxacaq. Bu o şəraitlə şərtlənir ki, əslində, Ermənistan və Artsax eyni siyasi-iqtisadi sistemdə yerləşir, bu halda isə Artsaxdakı siyasi status-kvo Ermənistandakı əhatəli dəyişikliklər kontekstində donuq qala bilməz.

Başqa yandan, problem qəliz və dərindir və səthi mülahizələr səviyyəsində Artsaxda hansısa inqilab və ya fors-major durum proqnozlaşdırmaq lazım deyil.

Digər tərəfdən, Ermənistanın yeni, dinamik hökuməti üçün mahiyyətcə Ermənistanın əvvəlki sisteminin törəməsi olan Artsax hakimiyyəti ilə effektli işləmək çətindir. O biri yandan isə, Artsaxın özəllikləri inqilabi təcrübə üçün yer qoymur və DQR-də (mətndə bu cürdür-red.) islahatlar, belə deyək, yuxarıdan – sarsıntılarsız keçirilməlidir.

Ermənistan inqilabının Artsax “surəti” ermənidaxili münasibətlərdə və beynəlxalq meydançalarda DQR-in subyektliyinn qaçılmaz məhdudiyyətinə səbəb olmaqla Artsaxın suverenliyi baxımından da adekvat olmayacaq.

Şübhəsiz, Artsax cəmiyyəti Ermənistandakı inkişafdan ruhlanıb, amma Artsaxın modernləşdirilməsi üçün ən yaxşı variant tezliklə islahatlar üçün deyil, düşmən fitnəsi üçün siqnal ola biləcək inqilab deyil.

MTX əməkdaşları bu günlərdə Stepanaketdə (Xankəndində-red.) məişət zəminində iki vətəndaşla söyüşüb və onları döyüblər. Bu, Artsax paytaxtında kor-koranə iğtişaş dalğası doğuran qığılcım olub. Təbii, insanlar təkcə konkret hadisəyə qarşı deyil, həm də paqonluların DQR-də illər boyu sürən özbaşınalıqlarına qarşı qiyam edirlər. Təsadüfi deyil ki, dünən və srağagün (1-2 iyunda-red.) Stepanakertin mərkəzi küçələrini bağlayan adamlar Polis və MTX başçılarının istefasını tələb ediblər. Stepanakert küçələrinə çıxanlar kürəsəl mənada dəyişikliklər tələb edirlər.

Müsbət haldır ki, Artsax hökuməti baş verənlərə prezident Bako Saakyan (mətndə bu cürdür-red.) səviyyəsində operativ reaksiya verib, xüsusən də prezident bu hadisə günahkarlarını cəzalandırmağa söz verib. Amma hətta adi gözlə də görünür ki, artsaxlıların qəzəbinin səbəblərinin dərin kökləri var və DQR hökumətindən daha institusional yanaşma, konkret hədəf və müddətlə və hətta güc qurumlarında kadr həlliylə konkret islahat proqramı tələb edir.

Artsaxlılar dəyişikliklər tələb edirlər, lakin bu inqilabi yolla gerçəkliyə çevrilsə, arzuolunmaz və təhlükəli olacaq. Hökumət aydın siyasi ismarıcla işarə vurmalıdır ki, dəyişiklik ehtiyacını dərk edir.

Ola bilsin, Bako Saakyan bildirməlidir ki, o, vur-tut, 2020-ci ildə arbitr statusunda rəqabətli prezident seçkilərinin keçiriləcəyinə zəmanət verən keçid dövrünün prezidentidir. Bu bəyanat DQR hakimiyyətinin əvəzedilməzliyi haqda təhlükəli tezisi sındırar və mahiyyətcə, Ermənistandakı məxməri inqilaba Artsax reaksiyasına çevrilər.

Tərcümə Strateq.az-ındır.

 




Ana səhifəyə qayıt        Baxış: 801          Tarix: 4-06-2018, 16:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma