Xəbər lenti
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
21-11-2024, 21:44
21-11-2024, 20:54
21-11-2024, 19:23
21-11-2024, 18:30
21-11-2024, 17:45
21-11-2024, 16:14
21-11-2024, 14:30
21-11-2024, 14:00
21-11-2024, 11:47
Qarabağın mərkəzindəki Xankəndi (Xocalı) aeroportunun sabah – dekabrın 25-də açılacağı bildirilir. Bu haqda erməni mənbələri məlumat yayıb. Hava limanı ərazisinin minalardan tam təmizləndiyi, mühəndis-texniki baxımdan hazır olduğu xəbər verilir.
Xankəndi aeroportu hələ 2012-ci ildə təyyarələri qəbul etməyə hazır idi, amma rəsmi Bakı buna qarşı çıxırdı. O zaman Azərbaycan rəsmiləri bu aeroportdan qalxan təyyarələri vurmaq hüququ olduğunu bəyan edirdi.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya liderlərinin adından yayılmış atəşkəs bəyanatın 9 -cu bəndində deyilir ki, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa edilməlidir. Həmin bəyanata uyğun olaraq Rusiya sülhməramlıları Azərbaycanla Ermənistanın təmas xəttinə yerləşdirilib.
AZAL QSC-nin noyabrın 25-də yaydığı məlumata görə, Azərbaycanın azad edilmiş ərazilərindəki hava limanları ICAO (Beynəlxalq Mülki Aviasiya Təşkilatı) reyestrinə daxil edilir. Ümumilikdə Azərbaycandan 6 – Zabrat, Yevlax, Naftalan, Ağdam, Fizuli və Xankəndi hava limanları reyestrə salınıb. Xocalı hava limanı ICAO-nun xüsusi kodu ilə Azərbaycanın mülkiyyəti kimi təsbit olunub.
“İşğal edilmiş ərazilər üzərində hava məkanı təxminən 30 il müddətində beynəlxalq uçuşlar üçün bağlı olub. Həmin ərazidəki mülki aviasiya infrastrukturu ciddi şəkildə zərər çəkmiş və tam dağılmış vəziyyətə gətirilib”, – AZAL bildirirdi.
Qurumun məlumatına görə, uzun illər işğal altında qalmış ərazilər üzərində aeronaviqasiya təminatı bərpa ediləcək və “bütün bunlar mülki aviasiyanın təkcə regional səviyyədə deyil, həm də qlobal miqyasda inkişafına kömək edəcək”.
Ancaq Azərbaycanda müstəqil müşahidəçilər bu xəbəri birmənalı qarşılamadılar. İqtisadçı Qubad İbadoğlu "Facebook" səhifəsində yazıb ki, Füzulidə və Ağdamda nəinki hava limanı, heç daş-daş üstə qalmayıb. “Yeni aeroportun tikilməsi də bir neçə il sürə bilər. Belə olan halda Xankəndi hava limanına beynəlxalq aeroport statusu verilməsi bilirsiniz nə deməkdir? Bu o deməkdir ki, onlar müstəqil olaraq dünyanın istənilən yerinə uça və eyni zamanda istənilən xarici ölkədən birbaşa qonaq və turist, yük və poçt qəbul edə biləcəklər”, – iqtisadçı vurğulayırdı.
Azərbaycan rəsmiləri isə bu deyilənlərə münasibət bildirməyiblər. Amma yerli mediada yayılan xəbərlərdə Qarabağın hava məkanının Azərbaycana məxsus olduğu, burada istənilən uçuşun yalnız rəsmi Bakının icazəsi ilə mümkün olacağı vurğulanır. (azadliq.org)
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar