Xəbər lenti


Sərdar Turqut
“Habertürk”, Türkiyə, 29 dekabr 2020-ci il
 
İsrailin öz torpaqlarını raket hücumlarından qorumaq üçün qurduğu “Dəmir qübbə” (“Iron Dome”) sistemi effektli olduğundan, bir müddətdir diqqətləri özünə cəlb edir. İsrailin istifadə etdiyi texnologiyaya son dərəcə yaxından bələd olan ABŞ belə, öz “Dəmir qübbə” sistemini İsraillə ortaq bir layihə olaraq yürüdür.

Türkiyə bunu yaxşı izləməlidir
Türkiyəni daha çox maraqlandıran hadisə isə bölgəmizdə yaşanır. Trampın prezidentliyi dövründə kürəkəni Cared Kuşnerin vasitəçiliyi ilə yürütdüyü layihə yönündə İsrailin Səudiyyə Ərəbistanı, Misir və Körfəz ölkələrilə diplomatik yaxınlaşma prosesi davam edir. Bu proses kontekstində, Körfəz ölkələrinin İsraillə ortaq raket sistemi yaratması layihəsi də davam etdirilir.

İsrailin raket hücumundan müdafiə texnologiyasının Körfəz ölkələrinə satılması ilə bağlı görüşlər keçirilir.
İsrail öz müdafiə sistemini amerikan “Raytheon” şirkəti ilə birgə inkişaf etdirdiyinə görə, bu sistemin Körfəz ölkələrinə satılması üçün ABŞ-ın da razılığı lazımdır.

Uzun müddətdir bunun üçün çalışan Tramp administrasiyasının bu razılığı verməyə istəkli oldğuna baxmayaraq, insan haqları və demokratiya məsələlərində həssas olan Bayden administrasiyasının bu ölkələrə həmin silah sisteminin satılması ilə əlaqədar mövqeyinin necə olacağı, hələ ki, aydın deyil.

Raytheon” şirkəti ABŞ-ın “Dəmir qübbə” raket hücumundan müdafiə sistemini İsrailin “Rafael Defense” şirkətiylə ortaq quracağını açıqlayıb.
İsrailin “Dəmir qübbə” raket hücumundan müdafiə sistemində “Tamir” raketləri istifadə edildiyi halda, ABŞ sistemində “Tamir” raketlərinə bənzəyən Sky Hunter raketlərinin istifadəsi planlaşdırılır.
İsrail və ABŞ “Dəmir qübbə” raket hücumundan müdafiə sistemini Körfəz ölkələri üçün də qurmaq istəyir.
Layihədə BƏƏ-nin yeri

Bu layihə içində xüsusilə yer almaq istəyən BƏƏ-yə Tramp administrasiyası tərəfindən 19 ədəd silahlı pilotsuz uçan aparatın (SPUA) satılması prinsipcə qəbul edilmişdir.
Ayrıca, ABŞ, Türkiyəni proqramdan çıxardığı halda, F-35-ləri BƏƏ-yə satmaq üçün də addımlar atır. BƏƏ bu F-35-ləri alarsa, bölgəmizdə İsraildən sonra bu təyyarələrə sahib 2-ci ölkə olacaqdır.
Dolayısilə, əgər Bayden administrasiyası insan haqları və demokratiya kriteriyalarını önə sürüb bir əngəl çıxarmazsa, BƏƏ əməlli-başlı İsrailin müdafiə sistemi içinə daxil ediləcəkdir.
Ortaq düşmən hansı ölkədir

İsrailin ABŞ-ın dəstəyilə bəzi ərəb ölkələri ilə ortaq raket hücumundan müdafiə sistemi layihəsinə girməsi, hamısının ortaq düşmən kimi İranı görməsi xatırlanınca, təbii ki, sürpriz olmaqdan çıxır.
Adıçəkilən bütün ölkələrin regionda Türkiyə ilə də problemləri, anlaşılmazlıqları olduğundan, bu raket hücumundan müdafiə sisteminin gələcəkdə ölkəmizə qarşı da aktivləşdirilib-aktivləşdirlməyəcəyi, hələ ki, məlum deyilAncaq Türkiyənin Rusiyadan S-400 raket hücumundan müdafiə sistemi almasından sonra bu ölkələrin yalnız İranı deyil, Türkiyəni də (düşmən kimi – tərc.) düşünməyə başladıqlarını görmək o qədər də çətin deyil.
Suriyada nə olacaq?

Lakin hələ də ortaq raket hücumundan müdafiə sisteminin rəsmi ünvanı İran olaraq görünür. Əgər bu doğrudursa, Suriyanın regiondakı önəmi İran amilinə görə daha da böyüyür. Bu, xüsusilə ABŞ-ın Suriyanın şimalı ilə bağlı atacağı addımları daha da həyati edir. Çünki ABŞ bu bölgə ilə, yəni kürdlərlə bağlı problemi həll etmədiyi təqdirdə, Suriyada qalıcı sülh yolunda davamlı bir addımın atılması ehtimalı elə də mümkün görünmür. Bu səbəblə, ABŞ Türkiyə, İraq Kürd Regional Administrasiyası və Suriya kürdləri arasında sıxışmış görünən PKK terror təşkilatı ilə bağlı bəzi yeni addımlar atmağa məcburdur. Dolayısilə, İraq Kürd Regional Administrasiyasının ABŞ administrasiyasına etdiyi son “Gəlin, İraq və Suriya kürd bölgələri sərhədində ABŞ hərbçiləri yerləşdirin” çağırışı bu kontekstdə önəm və anlam qazanır.

Tərcümə Strateq.az-ındır



Ana səhifəyə qayıt        Baxış: 2 893          Tarix: 30-12-2020, 15:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma