Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
SUBARDINASIYA!
İzn ver, regional idarə tikim...İzn ver, zastava tikim...
İzn ver, Mərkəzi Bankın baş idarəsini yaradım...
İzn ver, aeroport anbarı tikim...
Beləcə, "izn ver" sədaları artır...
Beyni iflas edir adamın. Və çıxıb efirdə deməli olur ki, əl çəkin, yerinizi, bilin, işinizi görün, vermirəm, vəssalam!..
*** Əslində bu günəcən olanların nəticəsi idi bu. Zaman-zaman edilən xəbərdarlıqların kulminasiyası da sayıla bilər olanlar. Yəni hər şey indi və bu gün baş verməyib. Buna keçmiş məcbur edir. Bu aydın sabah üçün keçmişin tələbidir. İllərdir Azərbaycanın bir də o problemi var ki, ifrat səbir nümayiş etdirildi. İyirmi ilə yaxındır, siyasi liderin yanında fağır görkəmdə duranlar dövlətin qanın sorur BÜDCƏDƏN. Rüşvətlə, korrupsiya ilə insanların "canını alıblar". İnsanlardan azdırlar, amma güclüdürlər, sağlamdırlar, maddi imkanları güclüdür. Birinci şəxsə zəng edəcək "qırmızı telefonları", bərk oturmağa "qırmızı kresloları" var. Odur ki, kürəkləri yerə gəlmir.
Prezidentin fevralın 1-də AzTV-yə verdiyi müsahibəsində adıçəkilən fövqəladə hallar nazirimi, sərhəd qoşunları komandanımı, ölkənin baş bankirimi, baş suçusumu, baş torpaq satanımı belədir təkcə? - Əsla! Ölkədə onların balaca formasında adamlarla doludur. İndi təxminən belədir mənzərəmiz. İnsanlar gücdən düşmüş, ac, kasıb, yorğun. Məmurlar bəzəkli, varlı və kef içində. Və o qədər səlahiyyət veriblər ki, özlərinə, izn istəyirlər rəhbərdən. İzn ver, tikək...Yəni biz də Qarabağda biznes başlayaq, qazanc əldə edək, bu tərəflərdən daha bir nəmənə çıxmır.
Ərənlərdən mirasdır: “Üç şeyə sahib duracaqsan - əlinə, belinə, dilinə”... Yəni oğrulamayacaqsan, əxlaqsızlıq etməyəcəksən, satqınlıqdan qaçacaqsan... Bunlarsa imandan gələn üç qadağanın yeni məktəbini qurub. Hər şeyin əksini edən məmur ordusu yetişdirirlər.
***
Diqqət edirəm, biz də cəmiyyət olaraq durumu duyğusal dəyərləndiririk. Son çıxışında Prezident təkcə sadaladığı "adamyeyən" məmurlara yox, bütün cinahlarda, kabinetlərdə, vəzifələrdə oturanlara həm də onu deyir ki, yetər, ciddi SUBARDINASIYANI gözləyin!
Yəni "izn ver" dövrü keçdi artıq. Subardinasiya gözləmək şərtdir, vacibdir, lazımdır, vəssalam!
Hərdən bilirsinizmi nə düşünürəm? Bir mənzərə yaranır qarşımda, bu məmurlara indən belə də yer verilsə, Qarabağda onların bahalı obyektlərində nökər, fəhlə, ofisiant işləyən çox qazi əsgər, şəhid ailəsi, ata-anası, balası görəcəyik. Bəlkə orden-medalları da elə yaxalarından asılı olacaq.
Bu mənzərə təbii ki, yırtıcı məmurun eyninə olmaz. Niyə? Onlar belə tərbiyə olunub, belə yaşayıb, belə ömür sürüblər axı. Ayağı baş eləməyi yaxşı bacarırlar. Odur ki, indi ölkədə çox şey baş-ayaqdır. Bir o yaxşıdır ki, deyəsən başlar da, ayaqlar da yerini tapır asta-asta. Nə deyək, təki...
Jalə Mütəllimova
02.02.2020
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar