Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
Xatırlayırsınızsa, Azərbaycan XİN 18 aprel - Beynəlxalq Abidələr və Tarixi Yerlər Günü münasibəti ilə bir bəyanat yaymış və bəyanatda erməni vandallarının 30 illik işğal nəticəsində Dağlıq Qarabağda törətdiyi mədəni soyqırımı barədə məlumat vermişdi. Bəyanatda göstərilirdi ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi azad edilmiş ərazilərdə indiyədək 400-dən çox abidənin dağıdıldığını müəyyən edib. Bundan əlavə, “Azərbaycana məxsus mədəni və dini mülkiyyətin talan və təhqir edildiyini, dəyişdirildiyini, qanunsuz olaraq Ermənistana daşındığını” vurğulayan sənəddə o da bildirilridi ki, azad olunmuş ərazilərdə 100.000-dən çox mədəniyyət nümunəsinin olduğu 22 muzey və muzey filialı məhv edilmişdir.
“Kəlbəcər rayonunda yerləşən XIII əsrə aid Xudavəng monastırının mədəniyyət nümunələri və qədim əlyazmalar, habelə Ağdam rayonunun Şahbulaq qalası yaxınlığında qanunsuz arxeoloji qazıntılar zamanı tapılan qiymətli mədəniyyət nümunələri Ermənistana qanunsuz olaraq daşınmışdır. Bununla yanaşı, Xocavənd rayonunun Azıx kəndindəki Azıx mağarasında qanunsuz qazıntılar aparılmşdır”, - XİN-in bəyanatında deyilirdi.
Maraqlıdır ki, bu bəyanatın üzərindən bir həftə keçməmiş, aprelin 24-də Ermənistan XİN də eyni ittihamları bizə qarşı irəli sürüb. Yəni, Azərbaycan XİN-i bir növ yamsılayıb. Belə ki, Ermənistan XİN qondarma “erməni soyqırımı” günü nazirliyin binasında "Arsax: Təhlükə altında olan miras" adlı sərgi keçirib. Sərgidə çıxış edən Ermənistan Xarici İşlər naziri Ara Ayazyan, görünür, əlində tutarlı faktlar olmadığından ermənilərin “Arsax” dediyi Qarabağ əvəzinə Naxçıvandan danışıb. İddia edib ki, Naxçıvanda guya “89 min orta əsr kilsəsi və təxminən 28 min mədəniyyət obyekti” tamamilə məhv edilib və onlardan 6 mini orta əsr xaçkarı idi”.
Bakıda erməni kilsəsi
44 günlük müharibədən sonra Kəlbəcərdə ələ keçirilmiş bir daş sexində ortaya çıxarılan saxta “tarixi abidələr” Ara Ayvazyanın bəhs etdiyi həmin xaçkarların nə qədər qədim abidələr olduğunu bir daha təsdiqləsə də, biz bu eybəcərliyi özünə daşdan tarix yaratmağa çalışan ermənilərə xoş görürük. Nə etsinlər, onların da mövcud olmayan tarixləri ilə qürur duymaq hüquqları var. Amma elm də sübut edir ki, Naxçıvanda bu gün də mövcud olan həmin adibələr ermənilərə yox, Azərbaycanın ulu babaları albanlara aiddir. Elədirsə, biz niyə öz babalarımızın ərsəyə gətirdiyi abidələrə qənim kəsilək? Hətta həmin abidələr tarixdə heç bir iz buraxmamış, indi belə qədim əcdadları kimi başqalarını yamsılamaqla siyasi təcrübələrə yiyələnməyə səy göstərən ermənilərə aid olsa, nə fərqi? Guya ermənilərin ən böyük havadarı sayılan ABŞ öz torpaqlarını, tamamilə məhv etdikləri Azteklərə vermək üçün onların mədəniyyət abidələrini göz bəbəyi kimi qoruyur?
İstər tarixi faktlar, istərsə də bugünkü reallıqlar Azərbaycan xalqının həmişə fərqli mədəniyyətə tolerans yanaşdığına şahiddir. Bu gün Bakının mərkəzində belə erməni kilsəsi tarixi abidə kimi qorunur və gələcək nəsillərimizə “biz ən nankor qonşularımızın belə mədəni-dini abidələrinə hörmətlə yanaşırıq” qanacağını öyrətməyə çalışırıq. Rusun, onun-bunun himayəsi altında qəsb olunmuş torpaqlarda özünə vətən yaradan ermənilər isə dövlətçilik ənənələrindən yoxsul olduqlarından onlara peşkəş çəkilən ərazilərdə belə, özgələrinin yaşamasına izn verməmiş, monoetnik bir toplum (dövlət deməyə adamın dili də gəlmir) qurmuşlar. Hətta yeni sahibləri Rusiyaya da nankorluq edib onlarla ərazilərini paylaşmaq istəməmiş, yeri gələndə rus bayraqlarını yandırmışlar. Prinsipcə, hələ istiliyi çəkilməyən hadisələrdən lazımi dərslər çıxara bilməyən rus “sülhməramlı”larına bu erməni xəyanəti də azdır.
Şuşada Aşağı Gövhər ağa məscidi
O ki qaldı Ermənistan XİN-nin təşkil etdiyi "Arsax: Təhlükə altında olan miras" sərgisinə, həmin tədbir erməni saxtakarlığının növbəti nümunəsi kimi ciddilikdən uzaqdır və sarsaq iddiaları nümayiş etdirir. Biz də bunu nəzərə alıb Ermənistan XİN-nə sərginin adını mahiyyətinə uyğunlaşdırmaq üçün onun adının ilk sözünün əvvəlinə bir “s” hərfi əlavə etmələrini və mətnin digər hissəsini silmələrini məsləhət görürük. Yəni "Sarsax / Sarsaq” sərgi(si).
İndisə Ermənistan Xarici İşlər naziri Ara Ayvazyanın sərginin açılışında səsləndirdiyi sarsaqlamanın tərcüməsini olduğu kimi Ovqat.com oxucularına təqdim edirik:
“Hörmətli Baş nazir,
Millət Məclisinin hörmətli sədri,
Hörmətli qonaqlar, xanımlar və cənablar!
Əvvəlcə, bütün bəşəriyyət üçün misilsiz bir çağırışa çevrilən pandemiya şəraitində burada olmağa, kədərimizi və narahatlıqlarımızı bölüşməyə və bizi dəstəkləməyə hazır olduğunuz üçün dərin minnətdarlığımı bildirməyə icazə verin.
Sərgidə Paşinyan da iştirak edib
Bu gün, Erməni Soyqırımı qurbanlarının xatirəsini xatırlayarkən, əcdadlarımızın yaratdığı mədəni irsin əhəmiyyətli bir hissəsinin də mədəni soyqırımın mövzusuna çevrildiyini unutmamalıyıq. Soyqırım cinayəti təkcə milli və ya dini bir qrupun fiziki olaraq məhv edilməsi deyil, həm də şəxsiyyətinin ayrılmaz hissəsi olan milli mədəniyyətin məhv edilməsidir - Mədəni Soyqırım.
Mədəni soyqırım iki əsas məqsədi güdür: birincisi, sağ qalanların ruhlarını parçalamaq, psixoloji zorakılığa məruz qoymaq, ikincisi məhv edilmiş yerli əhalinin yaddaşının tarixi izlərini silmək. Başqa sözlə, mədəni soyqırımı yaddaş, tarixi ədalət və insan ləyaqətini hədəf alır.
1915-ci ildə Osmanlı İmperiyasındakı erməni əhalisinin qəsdən, əvvəlcədən planlaşdırılan qırğınları və sürgünləri on illər boyu davam edən mədəni soyqırımın başlanğıcı oldu. Ermənistan Respublikasının 1919-cu ildə Paris konfransında təqdim etdiyi rəsmi hesabata görə, 1860 kilsə və 229 monastır dağıdıldı. Bunlar çox ilkin və natamam məlumatlar idi və sonrakı illərdə mədəni dağıntılar sadəcə davam etmədiyi üçün deyil, 1920-ci ildə Türkiyə tərəfindən işğal olunmuş Ermənistan Respublikasının ərazilərinə, o cümlədən Ani şəhəri başda olmaqla, Ani bölgəsinə yayıldığından bu rəqəm yalnız artdı - min bir kilsə. Məhv edilmiş mədəni irsə on minlərlə orta əsr əlyazmaları, xaç daşları (xaçkarlar), dünyəvi və digər dini mülklər daxildir.
Ağdamda Çörək muzeyi
Bu günlərdə Azərbaycan ermənilərdən zorla çıxarılan ərazilərdə Türkiyənin ənənələrini davam etdirdi. Mədəniyyət Soyqırımının dəhşətli bir nümunəsi, bəşəriyyət tarixində heç bir paraleli olmayan Naxçıvan ərazisindəki erməni abidələrinin kütləvi şəkildə məhv edilməsidir. İncil əfsanəsini öz adına daşıyan Naxçıvan, 1997-2006-cı illərdə dövlət səviyyəsində təşkil olunmuş genişmiqyaslı bir mədəni qırğına məruz qalmış, nəticədə 89 min orta əsr kilsəsi və təxminən 28 min mədəniyyət obyekti tamamilə məhv edilmişdir. Onlardan 6 mini orta əsr xaçkarı idi. Xüsusilə Azərbaycan hakimiyyəti əvvəlcə abidələrin erməni mənşəyini dəyişdirməyə çalışdı, sonra öz fərziyyələrinə inanmadıqlarından Naxçıvanın erməni kimliyinin dilsiz şahidlərini tamamilə silməyə qərar verdilər.
2020-ci ildə Erməni Soyqırımından 105 il sonra, eyni məntiq və üsullarla planlaşdırılan və həyata keçirilmiş bir fəlakətlə yenidən qarşılaşdıq. Azərbaycan və Türkiyənin Artsaxa qarşı apardıqları genişmiqyaslı müharibə zamanı və bunun nəticəsində erməni xalqının bir hissəsi məhv olmaq, vətənlərindən məhrum olmaq təhlükəsi ilə üzləşdi və mədəni irsinin tamamilə məhv olma ərəfəsinə yaxınlaşdı.
Buna görə də, bu gün Artsaxda Azərbaycanın nəzarəti altında olan minlərlə mədəni, o cümlədən dini abidələri xilas etməyimiz vacibdir, xüsusilə də Şuşadakı Ghazanchetsots (Qazançı – Ovqat.com) Katedrali və Yaşıl Saat kimi Azərbaycan silahlı qüvvələrinin hədəf aldığı mədəniyyət abidələrini ( Kanaç Zham). Nəsli kəsilməkdə olan mədəni irsə 1500-ə yaxın mədəniyyət obyekti daxildir: 161 kilsə, 600-ə yaxın xaçkar, arxeoloji sahə, dünyəvi memarlığın misilsiz nümunələri - saraylar, körpülər, 19 minə yaxın muzey əsəri.
Hörmətli xanımlar və cənablar!
Erməni xalqının minilliklər ərzində yaratdığı mənəvi və maddi dəyərləri qurtarmağın vacibliyi bizi buraya gətirdi. Mədəni irsimiz əcdadlarımızın duyğularının, düşüncələrinin və sədaqətinin nəticəsidir. Bu, taleyimizin bir hissəsi olub, millət kimi formalaşmağımızın, tarixi inkişafımızın və itkilərimizin bütün mərhələlərini keçib. Bu gün də əcdadlarımız yaratdıqları dəyərləri bizimə çatdırırlar; müdrikliklərini, gözəllik hisslərini, insan ləyaqətlərini bizə vəsiyyət edirlər”.
Tərcümə: Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar