Xəbər lenti
Bu gün, 10:37
Bu gün, 10:00
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
Kommersant, Rusiya 22.05.2021 Müəlliflər: Sergey Strokan, Arşaluys Mqdesyan Ermənistan-Azərbaycan sərhədində yaranmış gərginik Ermənistanda sabitliyi yenidən pozub. Bu ölkənin baş naziri vəzifəsini icra edən Nikol Paşinyan isə Bakı ilə sərhədlərin delimitasiyası və demarkasiyasına dair sazişin hazırlandığı haqda məlumatları təsdiqləyib. Ermənistan müxalifəti yeni etiraz aksiyalarına başlayıb. Onlar cənab Paşinyandan 20 iyun seçkisinə qədər Azərbaycanla hər hansı sazişə imza atmaq səlahiyyətinin alınmasını tələb edir. İstənilən halda, delimitasiya başlayarsa, ötən il baş vermiş Qarabağ müharibəsində olduğu kimi, vasitəçi qismində yenə də Rusiya çıxış edəcək. Yeni sənədin layihəsinə görə, Moskva Ermənistanla Azərbaycana məsləhətçi dəstəyi vermək üçün nümayəndə heyəti formalaşdırmağa hazırdır. Ermənistanın şərq sərhədində davam edən gərginlik fonunda Nikol Paşinyan cümə axşamı parlamentdə Azərbaycanla yeni müqavilə imzalamağa hazır olduqlarını bəyan edib. Həmin vaxt 600-a yaxın Azərbaycan hərbçisi Qaragöl və Yuxar Çorcu rayonunda möhkəmlənirdi. Vəziyyəti “çox təhlükəli” adlandıran Paşinyan Ermənistanı şoka salan bu etirafla növbədənkənar parlament seçkisinə dörd həftə qalmış çıxış edib. “Bizim beynəlxalq tərəfdaşlarımızla ilkin razılıq əldə etdiyimiz qərarlar yüz faiz Ermənistanın maraqlarına uyğundur. Əgər Azərbaycan bu razılaşmaları danışdığımız şərtlərlə həyata keçirsə, mən mütləq bu kağıza imza atacağam”, - deyə Nikol Paşinyan bildirib. O, deyib ki, danışıqların, işçi müzakirələrin getdiyi vaxtda sənədi açıqlaya bilməz. Görünür, şərtlər dedikdə Paşinyan azərbaycanlı hərbçilərin Qaragöl ətrafından çıxarılmasını nəzərdə tutur. Nikol Paşinyanın bu bəyanatı təkcə müxalifət üçün deyil, həm də hakimiyyət təmsilçiləri üçün gözlənilməz olub. “Ermənistanın Xarici İşlər Nazirliyində hər hansı yeni sənəd haqda heç bir məlumat yoxdur”, - deyə nazir müavini Avet Adonts bildirib. Eyni bəyanatla prezident Armen Sarqsyanın administrasiyası da çıxış edib. Erməni müxalifəti isə sənədin mətninin dərhal açıqlanmasını tələb edir. Onlar Paşinyanın Bakı ilə Ermənistanın milli maraqlarına zidd hansısa gizli sövdələşməyə gedəcəyindən şübhələnirlər. Artıq Yerevanda bununla bağlı mitinqlər başlayıb. Bundan başqa, parlamentdəki müxalif “İşıqlı Ermənistan” fraksiyasının rəhbəri Edmon Marukyan seçkidə iştirak edəcəyini açıqlamış bütün siyasi qüvvələrə üz tutaraq, onları mövcud hökumətin hansısa saziş imzalamasını qadağan edəcək birgə sənədin qəbuluna çağırıb. Ehtirasları yatırmaq istəyən Nikol Paşinyan isə Bakı ilə yeni razılaşmanın necə ola biləcəyini açıqlayıb. “Bu gün Azərbaycanın nəzarətində bir vaxtlar Sovet Ermənistana məxsus olmuş ərazilər var. Bizdə isə Sovet Azərbaycanına məxsus ərazilər var və onlar 90-cı illərdən bizim silahlı qüvvələrimizin nəzarətindədir”, - deyə Paşinyan bildirib. Bununla yanaşı, Paşinyan KİV və “Telegram” kanallarında yayılmış bəyanat layihəsinin saxta olmadığını etiraf edib, bildirib ki, həmin sənədə hər hansı məxfi əlavələr yoxdur. Yayılmış sənədə görə, mayın 31-dək Ermənistanla Azərbaycan delimitasiya komissiyanın yaradılması üçün milli heyətləri formalaşdıracaqlar. Layihəyə əsasən, komissiya iyunun 30-dək ilk iclasını keçirməli, bütün məsələlər yalnız sülh və diplomatik yolla həll olunmalıdır. Ermənistanla indiki və mümkün gələcək münasibətlərə Azərbaycan prezidenti İlham Əliyev də yeni qiymət verib. “Mən tamamilə əminəm ki, Azərbaycan ilə Ermənistan arasında sülh sazişi mümkündür. Bundan əlavə, sizə deyə bilərəm ki, nisbətən qısa müddətdə buna nail olmaq da mümkündür. İndi çatışmayan məsələ Ermənistan tərəfindən siyasi iradənin olmamasıdır”, - deyə prezident bildirib. Xatırladaq ki, mayın 12-də Azərbaycan Silahlı Qüvvələri Ermənistanla həmsərhəd bölgədə 3,5 km irəliləyərək Qaragöl gölü ərazisində möhkəmlənib. Bakı bunu “sərhədin dəqiqləşdirilməsi məqsədilə aparılan işlər” adlandırır. Yerevanda isə baş verənləri ölkənin ərazi bütövlüyünə qəsd kimi qiymətləndirirlər. Ermənistan israr edir ki, yaranmış kritik vəziyyətdə ölkənin müttəfiqləri, yəni Rusiya və bütövlükdə Kollektiv Təhükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) öz sərt sözünü deməlidir. Yerevanın Moskva və KTMT-dən nə gözlədiyini Paşinyan hələ bazar ertəsi açıqlamışdı. “Kritik vəziyyəti siyasi yollarla həll etmək lazımdır. Lakin nəticə əldə olunmasa, hərbi-siyasi mexanizmlər tətbiq olunmalıdır”, - deyən o, bildirib. Baş nazir səlayihhətlərinin icraçısı onu da deyib ki, həm KTMT, həm də Ermənistan-Rusiya müqavilələrindəki “belə funksiyalar məhz bu hallar üçün nəzərdə tutulub”. KTMT isə artıq məsələyə müdaxilə etməyəcəyini açıqlayıb. Ermənistanla Azərbaycan arasında yeni silahlı münaqişə ehtimalı İkinci Qarabağ müharibəsinin dayandırılması və ötən ilin noyabrında üçtərəfli sülh razılaşmasının əldə ounmasında həlledici rol oynamış Moskva üçün yeni çağırışa çevrilib. Bunu nəzərə alaraq, Rusiya prezidenti Vladimir Putin çərşənbə günü İlham Əliyev və Nikol Paşinyanla ayrı-ayrılıqda telefon danışıqları aparıb.”«Rusiya tərəfi dövlət sərhəddinin delimitasiya və demarkasiyası prosesinə başlamaq üçün Azərbaycanla Ermənistan arasında razılığın əldə edilməsi istiqamətində vasitəçilik səyləri və konsultativ dəstək göstərməyi davam etdirəcək”, - deyə danışıqlardan sonra Kremlin mətbuat xidməti bildirib. KİV-də yayılmış yeni saziş layihəsində deyilir ki, sərhədlərin demarkasiyası və delimitasiyası işinə təkcə Ermənistan və Azərbaycan cəlb edilməyəcək: “Rusiya Federasiyası tərəflərə konsultativ yardımın göstərilməsi üçün heyət formalaşdıracaq”. Qeyd edək ki, cümə axşamı gecəyədək Rusiya tərəfi bu sənədin əsli ilə düz olub-olmadığı haqda açıqlama verməmişdi. (Rus dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar