Xəbər lenti


Yeni Şafak, Türkiyə
25.05.2021


Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyan İkinci Qarabağ müharibəsindən sonra Türkiyə və Azərbaycana qarşı təhdid ritorikasını davam etdirən erməni siyasətçiləri tənqid atəşinə tutub.

Levon Ter-Petrosyan bildirib ki, “müharibədən sonrakı ritorika yenə də dünyadan mənasız, boş gözləntilərdən irəli gəlir”.
“Yenə də Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirilir. Seçkiqabağı kampaniya dövründə bu tendensiya daha da güclənəcək. Bu isə o deməkdir ki, erməni xalqını yeni itkilər və məyusluq gözləyir”, - deyə sabiq prezident qeyd edib.

Xatırladaq ki, Azərbaycan ötən ilin sonlarına 44 günlük müharibə ilə işğal altındakı Qarabağ torpaqlarını Ermənistandan geri alıb. Müharibə Bakının qələbəsi ilə bitib.

Ermənistan ordusunun məğlubiyyətindən sonra siyasi təlatümlər yaşayır. Böhran içərisində olan Ermənistanda siyasətçilər reallığı qəbul edə bilmir, Türkiyə və Azərbaycanın ünvanına təhdidlər yağdırmaqda davam edirlər.

Levon Ter-Petrosyan isə bunu yanlış sayır və belə ritorikanı davam etdirən erməni siyasətçiləri tənqid edir.
“Məğlubiyyətdən nəticə çıxarılmadı”
Ermənistan hökumətinin, siyasətçilərinin və diasporun məğlubiyyətdən heç bir nəticə çıxarmadığını bildirdən Ter-Petrosyan deyib: “Müharibədən sonrakı ritorika yenə də dünyadan mənasız, boş gözləntilərdən irəli gəlir. Yenə də Azərbaycan və Türkiyənin ünvanına təhdidlər səsləndirilir. Seçkiqabağı kampaniya dövründə bu tendensiya daha da güclənəcək. Bu isə o deməkdir ki, erməni xalqını yeni itkilər və məyusluq gözləyir”.

(Türk dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Yeni Şafak


Ana səhifəyə qayıt        Baxış: 4 424          Tarix: 25-05-2021, 14:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma