Xəbər lenti


"Son günlərdə Ermənistanın həm Naxçıvan, həm də Kəlbəcər və Laçın rayonlarına yaxın yerləşən sərhəd zonalarda təxribatlara yol verməsi, o cümlədən ərazimizə diversiya qruplarını göndərməsi, atəşkəs nəticəsində Naxçıvanda hərbi qulluqçumuzu yaralaması Ermənistanın növbəti dəfə cəzalandırılmasını israrla xahiş etməsinin göstəricisidir".

Bu sözləri bizim.media-ya açıqlamasında hərbi ekspert Ədalət Verdiyev deyib.

"Gərginlik yaratmaq cəhdləri ilə İrəvan nəyə nail olmaq istəyir" sualına cavabda ekspert bildirib ki, İrəvanın bu fəaliyyətləri KTMT-ni bu münaqişəyə cəlb etmək məqsədi də daşıyır: "KTMT-dən müsbət xəbər almayan Ermənistan təxribatlara ara vermir. Ermənistan tərəfi unutmamalıdır ki, 44 günlük müharibədə onun ordusunu darmadağın edən Azərbaycan ordusu öz mənəvi-psixoloji vəziyyətinin ən üstün səviyyəsini yaşayır. Əgər təxribatlara son qoyulmazsa, "Dəmir Yumruq" yenidən işə düşəcək və Ermənistanın daha ağrı-acılı günlər yaşamasına şərait yaradacaq".

Siyasi ekspert Məhəmməd Əsədullazadə isə 10 noyabr və 11 yanvar razılaşmalarının müəyyən müddəalarına Ermənistanın əməl etmədiyini vurğulayır:"Konkret olaraq Ermənistan tərəfi dövlət sərhədində atəşkəsi pozmaqla delimitasiyaya mane olmaq, Rusiyanın Ermənistanı müdafiə etmədiyi görüntüsünü yaratmaq və ABŞ ilə Fransanı prosesə cəlb etməyə çalışır.

Seçkiqabağı Nikol Paşinyan vəziyyəti gərginləşdirmək istəyir ki, xalqı birliyə çağırmaqla öz ətrafında birləşdirsin. Onun sərhədə gələrək belə bir açıqlama verməsi sadalanan məqsədlərə əsaslanır. Ümumiyyətlə, seçki prosesində Ermənistanın Azərbaycana qarşı silahlı təxribatları gözlənilir".



Ana səhifəyə qayıt        Baxış: 4 043          Tarix: 29-05-2021, 11:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma