Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Rusiyanın Ermənistanda hərbi iştirakı Azərbaycanın, necə deyərlər, Ermənistan ərazisindən Naxçıvana Zəngəzur dəhlizi açmaq istiqamətindəki canatması qarşısında önləyici amildir.
Bu barədə «RBK» agenliyinə (Rusiya) müsahibəsində eks-prezident Robert Köçəryan bəyan edib. Müsahibə iyunun 1-də dərc olunub.
Onun fikrincə, Azərbaycan tərəfindən Ermənistanın Sünik vilayəti (Azərbaycanın «materik» hissəsini Naxçıvan anklavı ilə birləşdrən bölgə) ərazisinin zəbt olunması təhlükəsi mövcuddur, ancaq hərbi sahədə Ermənistan-Rusiya ikitərəfli müqaviləsi Bakı qarşısında önləyici amildir.
«Mənim Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) hansısa böyük gözləntim yoxdur. Mən, bu barədə açıq şəkildə danışıram. Ermənistan hakimiyyəti bizim KTMT ilə münasibətlərimizi korlamaq istqamətində hər şeyi etdi. Yuri Xaçaturova qarşı məlum cinayət işi (təşkilatın keçmiş Baş katibinə)… Bəli, həm də ikitərəfli planda KTMT-nin bütün üzv ölkələrilə Azərbaycanın daha isti münasibətləri var. Əlbəttə, Rusiyanın xüsusi yeri var. Amma KTMT-da qərarlar kollektiv qaydada qəbul olunur» - Köçəryan Ermənistan və Azərbaycan sərhədində son insidentlər seriyasını şərh edərkən bildirib.
Ermənistanın keçmiş lideri Nikol Paşinyanın bu yaxınlarda dediklərini (Robert Köçəryan 1999-cu ildə prezident olarkən, respublika Təhlükəsizlik Şurasının iclasında Mehrinin Azərbaycana verilməsi məsələsini müzakirə edib) səfehlik adlandırıb.
«Bu adam (Nikol Paşinyan - Red.) verilə bilinənin hamısını verib. Əgər nə isə qalıbsa, yalnız Rusiyanın səyləri hesabına qalıb» - Köçəryan təsdiqləyib.
Köçəryan onu da qeyd edib ki, bölgədə Türkiyənin təsiri artıb, amma buna baxmayaraq, Rusiya belə təsiri məhdudlaşdıra biləcək yeganə ölkə olaraq qalır.
Beləliklə, çağdaş Ermənistanda hakimiyyətə gəlmək iddiası ilə seçkilərə qatılmış namizəd, eks-prezident və hərbi cani Robert Köçəryan açıq şəkildə bəyan edir ki, Rusiya Cənubi Qafqazda Ermənistanın təhlükəsizliyinin əsas və yeganə qarantıdır! Belədə, məntinqi sual yaranır: Üçtərəfli noyabr bəyanatı əsasında «vasitəçi» (sülhməramlı) missiyası ilə Qarabağ savaşına müdaxilə etmiş Rusiya, gerçəkdə sülhməramlıdır, yoxsa Ermənistanın müdafiəçisi?
Mirzə AĞ
AzPolitka.info
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar