Xəbər lenti
Star, Türkiyə
03.06.2021


Müəllif: Sevil Nuriyeva-İsmayılov
Yol dərin məna yükünə sahib mövzüdür. İstər iqtisadi, istər siyasi, istər mədəni, istərsə də ideya baxımından. Haradan baxırsınızsa baxın, yol həm də ortaq məxrəcdir. Qlobal miqyaslı yol layihələrinə nəzər salsaq, bu, “olmazsa olmaz” deyə biləcəyimiz məsələdir.

Zəngəzur bölgəsi və dəhlizi istər məkan, istər anlam baxımından növbəti dəfə gündəmdədir. Ona görə “növbəti dəfə” ki, o, sadəcə 44 günlük Qarabağ müharibəsi nəticədində ortaya çıxmayıb. 44 günlük müharibə sadəcə, onun istifadəyə yararlı olduğunu yenidən yada salıb.

İndi sizə bir qədər Zəngəzurun tarixi haqda danışacağam. O dövrün bütün statistik məlumatları türk xanlıqlarının nəzarəti altındakı Cənubi Qafqaz bölgəsində əhalinin 70%-nin müsəlman türklər olduğunu təsdiqlədiyir. Çar Rusiyası dövründə Gəncə quberniyasına bağlı regionun demoqrafik tərkibi sonradan Rusiya tərəfindən ora ermənilərin köçürülməsi ilə dəyişdirilib. Rusiya ilə İran arasında imzalanmış Gülüstan və Türkmənçay müqavilələrindən sonra isə xüsusilə İran bölgəyə ermənilərin köçürülməsinə başlayıb. Onların xüsusilə Qarabağ və Zəngəzur bölgəsinə yerləştirilməsi prosesi də o günlərdən başlayıb.

Səbəb?

Zəngəzur, Osmanlı ilə Cənubi Qafqaz arasındakı yolun ən əhəmiyyətli hissəsi idi. Naxçıvandan keçməklə bütün Azərbaycana çatmaq üçün ən etibarlı kanal məhz o idi. O qədər əhəmiyyətli idi ki, bütün dünya ilə hərbi qarşıdurma vəziyyətində olmasına rəğmən, o vaxt Naxçıvanda mövqe tutmuş Osmanlı generalı Kazım Karabəkir paşa yaxınlaşmaqda olan təhlükəni görür, bu haqda mütəmadi olaraq qərərgaha xəbər göndərirdi. Erməni daşnak və qnçak qruplarının orada hansı qətliamları törətdiklərini Karabəkir paşanın xatirələrində də görürük.

Rus mənbələrinə baxdıqda isə Zəngəzur bölgəsində 100-dən çox müsəlman türk kəndinin yox edildiyi görünür. Tarixi sənədlər bu etnik təmizləmə nəticəsində bölgəyə ermənilərin yerləşdirilməsinə şahidlik edir.

19-cu əsrin əvvəllərində buraya yerləşmək üçün daşnakların törətdikləri soyqırım aktlarına o dövrün səyyahları, ordu komandirlərinin xatirələrində rast gəlmək mümkündür. İstər Rusiya, istərsə də Osmanlı arxivləri belə sübutlarla doludur.

Nəhayət, Sovet İttifaqı qurulan zaman Rusiya təbii olaraq Naxçıvanla Azərbaycanın geri qalan hissəsi arasında əlaqəni bu yolla təmin edib. O zaman yol artıq əksəriyyətində ermənilərin məskunlaşdırıldığı kəndlərdən keçirdi.

İndi Qarabağ uğrunda haqlı müharibədə zəfər çalmış Azərbaycan təhlükəsizliyini möhkəmləndirmək, Cənubi Qafqazda sabitliyin bir daha pozulmaması üçün özünə aid bu yolun yenidən onun nəzarətində istismar edilməsi şərtini irəli sürüb. Təbii ki, Ermənistan da məğlubiyyətdən sonra sülh çərçivəsində iqtisadi inkişaf üçün ən ağıllı yolun məhz bu yol olduğunu dərk edir. Rusiyanın baş verənləri sakitcə izləməsi isə həm çox əhəmiyyətlidir, həm də yeni dövrdə Moskvanın yeni vəziyyətdən faydalanacağına işarədir.

Rusiya Şərqi Avropada Ukrayna, Qafqazda Gürcüstan üzündən mühasirə alınmış vəziyyətdədir. O, dərk edir ki, Avropaya çıxması üçün yeni yola ehtiyacı var. Bu yol isə Azərbaycanın tələb etdiyi, üstəlik, ona anasının südü kimi halal olan Zəngəzur dəhlizidir!
Türkiyənin Qarabağ problemi üzündən Ermənistanla sərhədlərini bağlaması uzun illərdir həm Ermənistanı, həm də Rusiyanı çətin vəziyyətə salıb. Yeni reallıqda isə Türkiyə ilə Azərbaycan bu vəziyyəti tarixi şans kimi qiymətləndirməyi bacarıblar. Ankara Ermənistanın Azərbaycan torpaqlarında törətdiyi zülmlərə vaxtında qarşı çıxmasaydı, bu mövqeyini bütün müstəvilərdə ortaya qoymasaydı, Bakının mövqeyi bu qədər güclü olmazdı. Demək, Azərbaycan-Türkiyə birliyi yeni böyük reallığın ortaya çıxmasında əsas amildir.

İndi Zəngəzur dəhlizi regionun 6 ölkəsi üçün ortaq məxrəc kimi müzakirə mövzusudur. Məsələyə daha qlobal yanaşsaq, o, Çin və İngiltərənin də maraq göstərdiyi layihədir. Demək, kimsə bu layihəyə qarşı çıxa bilməyəcək!

Zəngəzur dəhlizi İpək yolu və yeni alnernativ tranzit yol kimi, regiona yalnız iqtisadi inkişaf deyil, həm də bunun nəticəsində sabitlik, sülh gətirəcək. Bu vəziyyətə Ermənistanın belə, “yox” deyə bilməməsi, yeni reallığa Azərbaycanın tezisləri əsasında yanaşması bunun nəticəsidir.
Türkiyə-Azərbaycan ittifaqının yeni iqtisadi və geosiyasi reallıqlar yaratması bir zamanlar əlimizdən qaçırdığımız şansı geri qaytarıb. Çox şükür!

(Türk dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: Star


Ana səhifəyə qayıt        Baxış: 4 440          Tarix: 3-06-2021, 19:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma