Xəbər lenti


Hurriyyet.org xəbər verir ki, Ermənistanda dərc edilən “Qraparak” qəzeti ABŞ səfiri, N.Paşinyan və Azərbaycan tərəfinin iştirakı ilə gizli görüş keçirildiyini iddia edib. Qəzet yazır: “Nikol Paşinyanın aprel ayında Sünikə səfərindən sonra yeni təfərrüatlar bəlli olub.

 Bu günlərdə mətbuatın yazdığına görə, ABŞ-ın Ermənistandakı səfiri Linn Treysi ilə Ermənistanın Baş naziri təsadüfən Sünikdə eyni mehmanxanada qalıblar. Sən demə, elə həmin mehmanxanada Azərbaycan tərəfinin də nümayəndəsi olub. 

Həmin adamın kimliyi bizim mənbələrə bəlli deyil. Üçtərəfli müzakirə Sünikdən keçəcək Naxçıvan dəhlizi ilə bağlı olub. Bu görüşdən dərhal sonra Azərbaycan Hərbi Qüvvələri Qara göl ərazisinə daxil olublar. 

Azərbaycan tərəfi İşxanasar(Qızılcıq – red.)-Sisyan-Naxçıvan ərazisində dəhliz qurur. Bu görüşdən Rusiya tərəfi də xəbərdardır və Ermənistanın onların arxasından ABŞ və Azərbaycanla oyun oynamasından qəzəblənib”.


Ana səhifəyə qayıt        Baxış: 3 162          Tarix: 5-06-2021, 13:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma