Xəbər lenti


BrusselsMorning, Belçika
14.06.2021


Müəllif: Boyan Stoykovski
İyunun 4-də Azərbaycanın Kəlbəcər rayonunda mina partlaması nəticəsində iki jurnalist – Məhərrəm İbrahimov və Sirac Abışov, həmçinin yerli məmur Arif Əliyev həlak olublar, daha 4 nəfər yaralanıb.

Ermənistanla Azərbaycan arasında Rusiyanın vasitəçiliyi ilə imzalanmış üçtərəfli bəyanatdan sonra Qarabağda 44 gün davam edən müharibəyə isə son qoyulub, 30 il işğal altında qalmış Kəlbəcər rayonu və digər ərazilər Azərbaycana qaytarılıb. Üçtərəfli razılaşmaya əsasən, Kəlbəcər rayonu noyabrın 15-dək Azərbaycana təhvil verilməli idi. Sonradan bu müddət noyabrın 25-dək uzadılmışdı – Bakı humanitar səbəblərdən Ermənistan tərəfinə əlavə vaxt vermişdi. İndi Bakıda hesab edirlər ki, Ermənistan tərəfi həmin 10 gün ərzində regionu minalamaqla məşğul olub.

Azərbaycan Respublikası Baş Prokurorluğunun bəyanatında bildirilir ki, Ermənistan silahlı qüvvələri müharibə dövründə hərbi mövqelərini müdafiə etmək üçün istifadə etdikləri yolları geri çəkilən zaman minalayıb.

Faktı Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) də təsdiqləyib. Agentlikdən bildiriblər ki, Ermənistan tərəfi Azərbaycan Ordusunun irəliləməsini ləngitmək məqsədilə demək olar ki, hər yeri minalayıb.

Yeri gəlmişkən, Ermənistan ordusunun polkovniki Koryun Qumaşyan bu günlərdə yerli agentliyə müsahibəsində başçılıq etdiyi hərbi birləşmənin geri çəkilən zaman Laçın və Kəlbəcərdə 17 yük maşını mina basdırdığını təsdiqləyib.

Beləliklə, minalar regionda yaşayan və bölgəyə qayıdan mülki əhali üçün əsas təhdiddir. Bu, regionda onsuz da qeyri-sabit olan humanitar vəziyyəti daha da qəlizləşdirir. Ermənistan ordusunun İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra geri çəkildiyi əraziləri minalaması nəticəsində artlıq 22 mülki vətəndaş həyatını itirib, 100 nəfər yaralanıb.

BMT və ABŞ dövlətinin hesablamalarına əsasən, Qarabağ regionuna 100 mindən çox yerüstü mina quraşdırılıb. BMT-nin İnkişaf Proqramınının hesabatına görə, Qarabağ regionunda 1994-cü ildən bəri mina partlaması nəticəsində 120-dən çox mülki vətəndaş həlak olub. Amma iyunda baş vermiş son hadisəni nəzərə alsaq, bu göstəricinin artacağı gözlənilir.

Mina xəritələrinin təhvilinə ehtiyac
Jurnalistlərin Müdafiəsi Komitəsi təhlükəsizlik tədbirlərini təşviq edən iki azərbaycanlı jurnalistin həyatlarını itirməsi ilə nəticələnmiş hadisəni qınayıb. “Ermənistan hakimiyyəti digər jurnalistlərin münaqişə qurbanına çevrilməməsini təmin etmək üçün mina sahələrinin xəritəsini qarşı tərəfə təhvil verməldir”, - deyə Jurnalistlərin Müdafiəsi Komitəsinin Avropa və Mərkəzi Asiya üzrə əlaqələndiricisi Gülnoza Səid bildirib.
Azərbaycan Jurnalistlər Birliyi də Ermənistanı kəskin tənqid edib. Birliyin bəyanatında deyilir ki, Ermənistanın mina xəritələrini verməkdən imtina etməklə beynəlxalq hüquq normalarını pozur.

Son faciə ilə bağlı Sərhədsiz Reportyorlar Təşkilatı da bəyanat yayıb. O, məsələnin şəffaf şəkildə araşdırılı olduğunu bildirib: “Regionda reportaj hazırlamaq istəyən digər jurnalistlər eyni aqibəti yaşaya və ya baş verənlər onları bölgəyə səfərdən çəkindirə bilər”.
“Biz Azərbaycan hökumətinə xatırladırıq ki, jurnalistlər peşə fəaliyyətini həyata keçirən zaman hökumət onları qorumalıdır. Azərbaycan hökumətindən bu faciəli hadisəyə işiq salmağı, onu tam şəffaf şəkildə araşdırmasını xahiş edirik”, - deyə Sərhədsiz Reportyorlar Təşkilatının bəyanatında qeyd edilir.

İstənilən halda, Ermənistan tərəfinin minalı ərazilərin xəritələrini qarşı tərəfə verməkdən imtina etməsi vəziyyəti daha da qəlizləşdirir. Bu ölkədə bəzi dairələr belə xəritələrin ümumiyyətlə olmadığını belə, iddia edir.

Regionun minalardan təmizlənməsində Rusiya ilə Türkiyə də iştirak edir. Onlar bu məqsədlə Azərbaycana 240 hərbi qulluqçu göndəriblər.
Böyük Britaniyanın “HALO Trust” xeyriyyə təşkilatı da regionda minaların təmizlənməsi ilə məşğuldur. Təşkilat regionda 2000-ci ildən bu yana 500 mindən çox mina təmizləyib.

ANAMA isə bildirir ki, minatəmizləmə prosesində Ermənistan tərəfi iştirak etməyəcəksə, proses 10 ilədək uzana, milyonlarla dollara başa gələ bilər.

Beləliklə, Qarabağ regionu uzun illər ərzində həm minalanıb, həm də məqsədli şəkildə dağıdılıb. Dağıntıların aradan qaldırılması üçün isə bölgənin minalardan təmizlənməsi prosesinin təhlükəsiz şəkildə başa çatdırılması lazımdır.

(İngilis dilindən tərcümə - WorldMedia.Az)
Mənbə: BrusselsMorning


Ana səhifəyə qayıt        Baxış: 4 509          Tarix: 14-06-2021, 12:45      

Xəbəri paylaş


Paylaş:   

Prizma