Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
THE TIMES, Böyük Britaniya 15.06.2021 Müəllif: Oliver Mudi Strategiya üzrə ekspertlərdən biri hesab edir ki, Almaniya Silahlı Qüvvələrinin dronlarla hücum əməliyyatlarına qarşı hazırlığı o qədər pisdir ki, o, daha çevik hərbi birləşmələri olan Azərbaycan kimi kiçik ölkələrə qarşı belə, hipotetik müharibəni uduzardı. Ekspert hesab edir ki, yöndəmsiz hava hücumundan müdafiə sistemlərinə və köhnəlmiş radioelektron mübarizə vasitələrinə malik Almaniyanın böyük, lakin çevik olmayan hərbi birləşmələri düşmənin çox sayda dronları ilə mübarizədə asan hədəf olar. Azərbaycan Ermənistanla ötən ilin payızında apardığı müharibədə dronlarla düşmənə məxsus 200-dək zirehli hərbi texnikanı və artilleriya sistemlərini məhv edib. Bu, Qərbdən olan ekspertlərdə narahatlıq yaradıb. Azərbaycanın əsasən Türkiyə istehsalı olan dron ordusu bu ölkənin Dağlıq Qarabağ uğrunda 44 gün davam etmiş döyüşlər nəticəsində ərazilərini azad etməsində mühüm rol oynayıb. Tərəflər arasında müharibə Rusiyanın vasitəçiliyi ilə əldə olunmuş atəşkəs müqaviləsinə qədər davam edib. Azərbaycan dronlardan Ermənistanın hərbi mövqelərinin kəşfiyyatı üçün də istifadə edib. Bundan sonra isə raketlərin quraşdırıldığı dronlar həmin hədəfləri atəşə tutub. Almaniyanın Müdafiə və Strateji Araşdırmalar İnstitutunun elmi referenti, polkovnik-leytenant Maykl Karl deyir ki, bu ssenari ilə aparılan müharibədə Almaniyanın vəziyyəti Ermənistandan bir az yaxşı ola bilər: “Əgər Bundesver (Almaniya Silahlı Qüvvələri) Azərbaycanla müharibə aparmalı olsaydı, onun çətin ki, qələbə şansı olardı”. Karl hesab edir ki, almaniyalı əsgərlər döyüşdə dronlardan müdafiə oluna bilməz: “Klassik nümunə – piyadaların meşə sahəsində hərəkəti ilə bağlı misal göstərək. Düşmən kəşfiyyat vasitələri sayəsində həmin hərbi birləşməni tapır, daha sonra ölçüsü kiçik, yəni kibrit qutusu boyda olan dronlardan ibarət ordunu onların üzərinə göndərir. Bu zaman dronlar elə proqromlaşdırılır ki, onlar bir-birlərinin hərəkətlərini individual şəkildə koordinasiya edə bilsin. Yəni onlar hansı dronun hansı hədəfi vuracağına özləri qərar verirlər. Nəticədə ölüm əsgərləri sakitcə yaxalayır. Dronlara qarşı müdafiə vasitəsiniz olmazsa, heç bir şansınız yoxdur”. Ekspert hesab edir ki, Almaniyanın siqnal pozan vasitələrə və dronlara qarşı geniş elektron müdafiə sistemlərinə ehtiyacı var: “Bizim hərbi birləşmələrimiz müasir müharibə üçün yetərincə çevik deyil”. Qeyd edək ki, Bundesver Avropada Fransa Silahlı Qüvvələrindən sonra ikinci böyük ordudur. Almaniya Silahlı Qüvvələri dünyada əsasən köməkçi rol oynayır. Məsələn, təlimlərdə və ya sülhməramlı missiyalarda iştirak edir. Almaniyanın müttəfiqləri isə uzun illərdir onu bu sahədə daha böyük iş görməyə. Angela Merkeli kansler postunda əvəz edə biləcək əsas namizəd sayılan 60 yaşlı Armin Laşet bu yaxınlarda deyib ki, o, Almaniya dövlətinin Afrika və Aralıq dənizi hövzəsində daha çox iş görməsi lazımdır. (İngilis dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar