Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
NEWS.am, Ermənistan 16.06.2021 Qarabağ probleminin həlli üçün ən əlverişli dövr 1994-cü il olub. O vaxt Azərbaycan acınacaqlı vəziyyəti idi. Doğrudur, status məsələsi həll olunmurdu. Amma Dağlıq Qarabağ Muxtar Vilayətinin bütün ərazisi qalırdı. Laçın dəhlizinə isə sülhməramlılar yerləşdirilirdi. Bunu Ermənistanın birinci prezidenti, “Erməni Milli Konqresi”nin sədri Levon Ter-Petrosyan İctimai Televiziyaya müsahibəsində deyib. O, “azad edilmiş” (dırnaq işarəsi bizə aiddir - WM) ərazilərin daim əldə saxlanılması arzusunun absurd olduğunu düşünür: “Bu məsələdə müttəfiqimiz yoxdur və heç vaxt olmayıb. İndi isə hər şey daha qəlizdir. Həmin vaxt bizim qarşılıqlı güzəşt üçün imkanımız var idi. Bu gün isə yoxdur. Biz fürsəti əldən vermişik. Artıq bizim heç nəyimiz yoxdur. Bu gün Ermənistan həlledici səsə malik deyil”. Levon Ter-Petrosyan Ermənistanın ikinci prezidenti Robert Koçaryanın Şuşa və Hadrutun qaytarılması ehtimalı ilə bağlı açıqlamasının təhlükəli olduğunu düşünür: “Bu, böyük problemlərə səbəb ola bilər. İndi orada Azərbaycan Ordusu yerləşir. Odur ki, bu, yalnız müharibə nəticəsində mümkündür. Demək, Robert Koçaryan yeni müharibə vəd edir. Azərbaycanı bu ərazilərdən getməyə kim məcbur edəcək? Bütün dünya Qarabağı Azərbaycanın bir hissəsi sayır. O, yalnız ərazilərinin bir hissəsini bərpa edib. Bu zaman heç kim Azərbaycanı qınamayıb. Bu dünyanın qanunu məhz belədir. Bizi Dağlıq Qarabağın Azərbaycanın bir hissəsi olduğuna razılaşmağa məcbur edirlər. Artıq bizdən heç nə asılı deyil, hər şey bitib”. (Rus dilindən tərcümə - WorldMedia.Az) |
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar