Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Əli Novruzov
Azlogos
Ermənistanda 20 iyun parlament seçkiləri hər mənada unikal hadisədir. Bu seçkidə müstəqil Ermənistana indiyə qədər rəhbərlik etmiş bütün şəxslər iştirak edir—Ter-Petrosyan, Koçaryan, Paşinyan, formal olaraq namizəd olmasa da, partiyası seçkiyə gedən və özü seçki təbliğatı aparan Sargsyan.
Üstəgəl, obrazlı desək, erməni elitasında Qarabağla bağlı üç yanaşma da sanki gecikmiş referenduma çıxarılır. Ter-Petrosyan vaxtın Ermənistan əleyhinə işlədiyini hesab etdiyi üçün Azərbaycanla qarşılıqlı kompromis əsasında münaqişəni mümkün qədər tez həll etmək istəyirdi. Koçaryan-Sargsyan cütlüyü düşünürdü ki, vaxt Ermənistanın xeyrinə işləyir, ona görə status-kvonu mümkün qədər uzadıb Azərbaycandan daha çox güzəşt qoparmaq lazımdır. Paşinyan fikirləşirdi ki, Ermənistan artıq demokratik ölkədir, buna görə avtoritar və anti-Qərb Azərbaycanla münaqişədə demokratik dünya (yəni Qərb) birmənalı olaraq demokratik Ermənistanı dəstəkləyəcək, Azərbaycanı Ermənistanın şərtləri əsasında sülhə razılaşmağa məcbur edəcək.
Azərbaycanın qəbul etdiyi, Rusiyanın layihəsi olan Lavrov planını Paşinyan həm də buna görə rədd edirdi, bəlkə də düşünürdü ki, Rusiyadan asılılığı azaldıb Qərbə yaxınlaşa bilsə, Ermənistan üçün daha əlverişli həll variantına çıxmaq mümkündür—çünki Minsk qrupunun digər həmsədrləri Lavrov planına isti yanaşmırdı və bu planı qəbul etmək üçün Ermənistana təzyiqi faktiki olaraq ancaq Rusiya göstərirdi (açar məsələ: Qarabağda sülhməramlılar kim olacaq?).
44 günlük müharibədən sonra bu üç yanaşmanın üçü də tarixə qovuşdu. Həll olunmamış cəmi bircə məsələ qalıb—”Dağlıq Qarabağın” statusu, o da əslində həll olunmuş kimidir. Status məsələsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunacaq, sadəcə bu status hansı formada, hansı məzmunda olacaq, və nə zaman olacaq, burada qərarı daha çox Azərbaycan verəcək, Ermənistanın bu məsələyə təsiri sıfırın ətrafındadır və demək olar ki, heç bir rıçaqı qalmayıb.
Yenidən qayıtsaq Ermənistanda seçkilərə, siyasi qüvvələrin Qarabağ münaqişəsinə təklif etdiyi yeni yanaşmalar bəs nədir?
Mənim anladığım qədərilə, Ter-Petrosyan faktiki olaraq deyir ki, biz Qarabağı itirmişik, gəlin indi Ermənistana fokuslanaq. Amma Ter-Petrosyan marjinal qüvvədir, onun seçkidə əhəmiyyətli səs yığması möcüzə olacaq.
Koçaryan/Sargsyan taktiki olaraq seçkiyə ayrı gedir, çünki Ermənistanda xeyli adam var ki, birinə səs verməyə razıdır, amma o birisindən zəhləsi gedir, ikisini bir yerdə görsə onlara səs verməyəcək. Koçaryan/Sargsyan revanş deməsələr də, revanşistlərə oynayırlar. Əslində bunu da taktiki addım saymaq olar. Onların məntiqi yəqin budur ki, Rusiya ilə daha da sıx münasibətlər qursunlar, bəlkə Rusiyanın təzyiqi ilə Azərbaycan danışıqlarda güzəştə getsin. Amma hansı güzəştlərə? Çox güman, onların konkret niyyəti, vizyonu, planı hələ yoxdur. İlk prioritet Paşinyanı devirməkdir, indilik ona fokuslanıblar.
Paşinyan isə Qarabağ üçün deyəsən “remedial secession”, yəni təktərəfli qaydada ayrılma təklif edir. Paşinyanın seçkilərdə qalib gəlməsi və ya uduzmasından asılı olmayaraq bu yanaşma realistik deyil. Beynəlxalq hüquqda qəbul edilmir, presedenti yoxdur—təkcə Kosovo məsələsi var, o da unikal hadisə hesab edilir və qətiyyən presedent kimi qəbul olunmur. Həmçinin bu təktərəfli ayrılma üçün Azərbaycan tərəfi insanlıq əleyhinə misilsiz cinayətlər törətməli idi ki, 44 günlük müharibə vaxtı müharibə cinayətləri heç minimum səviyyəni keçmədi. Ortalıqda cəmi 10-15 video var, onun da yarısında erməni əsirləri Azərbaycanın müxtəlif rayonlarına salam göndərməyə məcbur edirlər. İndi Qarabağda rus sülhməramlıları yerləşəndən sonra isə insanlıq əleyhinə cinayət perspektivi də tamam bağlanır.
Bir sözlə, post-sovet məkanında ilk dəfə bir münaqişə həll mərhələsinə daxil olur. Tərs kimi, post-sovetdə münaqişə yaratmaq üçün çoxsaylı bələdçilər, təlimat kitabları var, amma münaqişənin həlli üçün bir dənə də bələdçi, təlimat kitabı yoxdur. Prosesdə öyrənməli olacayıq. Həm biz, həm ermənilər, həm də münaqişəsi olan digər post-sovet ölkələri.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar