Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Prezident İlham Əliyev və I Vitse-prezident Mehriban xanım Əliyevanın dünən Qarabağa səfərləri mühüm tarixi məqamlarla yadda qaldı. Ölkə rəhbərləri səfər çərçivəsində mədəniyyətimizin paytaxtı elan olunan Şuşa şəhərində bir sıra abidələrin açılışında iştirak etmələri Azərbaycan hakimiyyətinin bu şəhərə verdiyi önəmi və öz məqsədində nə qədər əzmli olduğunu göstərir. Şuşada Üzeyr
Hacıbəyovun, Molla Pənah Vaqifin büstünün açılması, Üzeyr Hacıbəyovla professional vokal məktəbinin təşəkkülü və təkamülündə mühüm rol oynamış Xalq artisti Bülbülün ev müzeylərinin yenidən bərpa olunması, “Qarabağ” hotelinin fəaliyyətə başlaması, yeni yaşayış massivinin təməlinin atılması Qarabağın ədəbi olaraq Azərbaycan torpağı kimi qalacağı barədə dosta-düşmənə verilmiş ən gözəl mesajdır. Məşhur bir aforizmdə deyildiyi ki, torpaq əgər əkilib-becərilməyəcək, üzərində yaşanılmayacaqsa, onun uğrunda tökülən qanlar hədər gedər. Prezident İlham Əliyev və Mehriban xanım Əliyeva da Şuşada müxtəlif mədəni və yaşayış kompleksinin açılışına qatılmaqla Azərbaycan Ordusunun Qarabağa təkcə revanş müharibəsi üçün gəlmədiyini, ölkəmizin bu dilbər guşəsini qarış-qarış abadlaşdıracağını, mədəniyyət paytaxtına çevirərək baş tacı edəcəyini bir daha gözlər önünə sərir.
Prezidentin Şuşadan əvvəl Füzuli beynəlxalq hava limanı və Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunun tikintisi ilə yolüstü tanış olması da təsadüfi deyil. Bu yaxınlarda Qafan-Gorus magistralında öz nəzarətini bərpa edən Azərbaycan Çindən Avropaya qədər uzanan yeni “İpək yolu” layihəsinə ən optimal və təhlükəsiz alternati təqdim etmiş ölkədir. “Lazurit yolu” adlanan həmin alternativin 2 əsas marşrutundan biri məhz Qarabağdan keçir. Bakıdan Füzuliyə, Füzulidən Zəngəzur dəhlizi ilə Naxçıvana uzanacağı planlaşdırılan bu xəttin ordan Türkiyəyə və Avropaya açılması nəzərdə tutulur. Qarabağ nəqliyyat xətti üzrə dəmir yolunun inşası da planlaşdırılır ki, bu da onun beynəlxalq əhəmiyyətini birə-beş artıracaq, bölgənin təhlükəsizliyinin qarantına çevriləcək.
Sözsüz ki, Qarabağ-Naxçıvan-Türkiyə nəqliyyat xətti Azərbaycanın geosiyasi əhəmiyyətini artırmaqla yanaşı, həm də ölkə iqtisadiyyatına böyük töhfələr verəcək. Bu yol, İlk növbədə, Qarabağda qurulacaq bir çox iqtisadi layihələrin infrastrukturu, nəqliyyat imkanları deməkdir. Azərbaycan hakimiyyətinin işğaldan sonra Qarabağda apardığı bir sıra işlər də rəsmi Bakının bu məsələyə planlı yanaşdığından xəbər verir. Bunun mühüm dəlillərindən biri Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolunun və Füzuli beynəlxalq aeroportunun inşasıdır.
Ölkə rəhbərinin Füzulidə olarkən verdiyi məlumata görə, Əhmədbəyli-Füzuli-Şuşa Zəfər yolu artıq başa çatmaq üzrədir. İki-üç hərəkət zolaqlı 101 kilometrlik yolun artıq 92 kilometrlik hissəsinə asfalt-beton örtüyü salınıb. Digər hissələrdə isə işlər davam etdirilir. Yolda körpülər və yeraltı keçidlər tikilib. Cəmi 9 km-lik məsafənin inşası isə yəqin ki, 44 günlük müharibənin başlamasının və ya zəfərlə başa çatmasının birinci ildönümünə tamamlanacaq. Və Zəfər yolu Azərbaycan Ordusunun böyük qələbəsinə verilmiş ən gözəl töhfə kimi tarixə düşəcək.
Yolun bu mənəvi-psixoloji dəyərindən başqa, əlbəttə ki, iqtisadi əhəmiyyəti də var. Şuşadan Füzuliyə qədər ən qısa məsafə üzərində salınan yol Qarabağda inşa ediləcəyi gözlənilən müəssisələrin istehlak bazarına açılan ən mühüm qapılarından biri kimi fəaliyyət göstərəcək. Beləcə, bu müəssisələr ölkə iqtisdiyyatına rahatlıqla inteqrasiya edilə biləcək. Şuşaya, Qarabağın digər görməli yerlərinə ziyarətə gələn insanlar bu yoldan istifadə edərək öz mənzillərinə çatacaqlar. Nəticədə Zəfər yolu həm də Azərbaycan turizminin inkişafında mühüm rol oynayacaq.
Prezidentin son Şuşa səfərində yolüstü uğradığı Füzuli beynəlxalq aeroportu da Azərbaycanın regionlararası və qlobal nəqliyyat əlaqələrində böyük əhəmiyyətə malik layihələrdəndir. Bu aeroport Qarabağa getmək istəyən yerli və xarici qonaqlara mənzilə tez çatmaq imkanı verəcək. Bəzi xarici qonaqlar Bakıya belə gəlmədən birbaşa Qarabağa uça biləcəklər.
Müasir çağımızda zamanın nə qədər əhəmiyyətli olduğunu nəzərə alsaq, Füzuli aeroportunun insanlarımıza qazandırdığı bu avantajı gözardı etmək mümlün deyil. Və bu avantajlar turizmin inkişafına mütləq öz töhfəsini verəcək.
Digər tərəfdən, işğaldan azad edilmiş ərazilərimizin aqrar əhəmiyyətli torpaqlara sahib olduğunu və məhsulların xarab olmadan təcili şəkildə ünvanına çatdırılması perspektivi də unudulmamalıdır. Ümumiyyətlə, istənilən ciddi müəssisələr müştərilərinə daha tez ünvana çatdırma təklifləri təqdim etməli və bunun əsasını yaratmağa çalışmalıdır. Əks halda, ticari münasibətləri yalnız bir nəqliyyat variantı üzərində dərinləşdirə bilməzsən. Füzuli aeroportu Qarabağda iş qurmaq istəyən sahibkarlara bu üstünlüyü də qazandıracaq.
Aeroportun ən önəmli cəhətlərindən biri düşmən ölkə ilə sərhədə yaxın ərazidə yerləşməsidir. İstisna etmək olmaz ki, sabah Azərbaycan yenidən düşmən hücumlarına məruz qalmayacaq. Ordumuzun tez bir zamanda bölgəyə təcili hərbi qüvvələrini göndərmək zərurəti yarananda üz tutacağı əsas seçənək hava yolları ola bilər. Füzuli aeroportu hərbi qüvvələrimizin də bu sahədəki işini asanlaşdırır. Təsadüfi deyil ki, uzunluğu 3000 metr, eni 60 metr olan uçuş-enmə zolağına malik aeroport istənilən tip hava gəmisini qəbul etməyə imkan verəcək. Avtomatlaşdırılmış sistemlərlə təchiz olunan Hava Hərəkətini İdarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılıb. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkün olacaq.
Aeroport bu ilin yanvan ayında inşa olunmağa başlayıb və Prezidentin də qeyd etdiyi kimi, dünyada bu sürət tempiylə inşa olunan yeganə hava limanıdır: “Mən demişdim ki, bu il Füzuli Beynəlxalq Hava Limanı istifadəyə veriləcək. Bəlkə də dünyada bu sürətli templərlə heç bir hava limanı tikilməmişdir. Artıq uçuş-enmə zolağı da hazırdır. Burada son tamamlama işləri aparılır. Bir daha qeyd etmək istəyirəm, bu il mən hava limanının təməlini qoydum, indi isə gəlirik inşaat işləri ilə tanış olmağa. Bu aeroport Qarabağın hava qapısıdır”, - Prezidentin bu sözləri Füzuli aeroportuna göstərilən xüsusi diqqətin ifadəsidir.
Mürvət Həsənli,
İş adamı
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar