Xəbər lenti
Dünən, 22:50
Dünən, 21:23
Dünən, 20:40
Dünən, 12:41
Dünən, 11:56
Dünən, 09:42
24-11-2024, 23:30
24-11-2024, 22:24
24-11-2024, 21:36
24-11-2024, 20:30
24-11-2024, 19:40
24-11-2024, 18:55
24-11-2024, 18:39
24-11-2024, 17:54
24-11-2024, 15:58
24-11-2024, 14:34
Ukraynanın müdafiə naziri Aleksey Reznikov dünən noyabrın 18-də Vaşinqtonda ABŞ-ın müdafiə naziri Lloyd Ostin ilə görüşüb.
Ovqat.com-un məlumatına görə, Reznikov görüş zamanı Rusiyanın Ukraynaya qarşı yeni təcavüzünün qarşısını almaq üçün Qərb ölkələrini qlobal birliyə çağırıb.
Nazirin fikrincə, Rusiyanın Ukraynaya gözlənilən təcavüzü bütün Avropa üçün fəlakətli nəticələrə gətirib çıxara bilər: “Bunun baş verib-verməməsi sivil dünyanın gözlənilən təcavüzü dayandırmaq üçün birliyindən və qətiyyətindən asılıdır".
Ukraynalı həmkarının fikirlərini dəstəkləyən Pentaqon rəhbəri isə öz növbəsində qeyd edib ki, ABŞ Ukrayna sərhədləri yaxınlığında Rusiyanın qeyri-adi hərbi fəaliyyətini diqqətlə izləyir. "Biz Rusiyanın sabitliyi pozan fəaliyyətindən narahat olduğumuzu və daha çox şəffaflıq istəyimizi açıq şəkildə ifadə etmişik", - deyə Lloyd Ostin bildirib.
Qeyd edək ki, Ukraynanın Müdafiə naziri Reznikov Vaşinqtonda ABŞ-lı həmkarı ilə görüşdüyü sıralarda Rusiya Prezidenti Vladimir Putin ölkəsinin Xarici İşlər Nazirliyinin kollegiyasının genişləndirilmiş iclasında ABŞ və Qərbi təxribat xarakterli hərəkətlərdə ittiham edirdi. Onun sözlərinə görə, NATO ölkələri Qara dənizdə Rusiya sərhədlərinə 20 km yaxınlaşaraq gərginliyi artırırlar. Moskva onlara “qırmızı cizgiləri”ni xatırlatsa da, bu xəbərdarlığa məhəl qoymurlar. Putin onu da vurğulamışdı ki, belə gedərsə, Rusiya ABŞ və bəzi Qərb ölkələrinin bu təxribatlarına adekvat cavab verəcək.
Maraqlıdır ki, Putinin bu hədə-qorxularına NATO qüvvələrinin münasibəti birmənalı olmayıb. Rusiya prezidentinin təhdidlərini ciddi qəbul edənlər də, buna inanmayanlar da var.
Almaniyanın “Die Welt” nəşri yazır ki, bir sıra Qərb kəşfiyyat agentlikləri bu xəbərdarlığı ciddi qarşılayıblar: “Onların fikrincə, yaxın aylarda Ukraynanın Rusiya tərəfindən destabilizasiyası riski çox yüksəkdir. Hələ keçən həftə Vaşinqton və onun Şimali Atlantika Alyansındakı tərəfdaşları da işğal riskinin olduğunu açıqlamışdılar. ABŞ dövlət katibi Entoni Blinken “Kreml 2014-cü ildəki səhvini təkrarlaya bilər”, - deyə xəbərdarlıq etmişdi”.
Qeyd edək ki, Qərb ölkələrinin bu nigarançılığı üçün əsas da var. Ukrayna Müdafiə Nazirliyinin məlumatına görə, Moskva ölkə sərhədləri yaxınlığında 90 min əsgər cəmləyib: “2021-ci ildə bu, miqyasca ikinci belə məşqdir. Yazda hərbi kontingentin sayı 100 min əsgər idi. Bu manevrlərin miqyası və tezliyi şübhəlidir”. Bəzi ekspertlər də qeyd edirlər ki, bu dislokasiya sıradan tədbir deyil, lakin görünür, Kreml bundan sonrakı hərəkətlərlə bağlı yekun siyasi qərarını hələ verə bilmir.
“Ukrayna sərhədləri yaxınlığında baş verənlərin başqa yerlərdə baş verənlərlə üst-üstə düşməsi də qeyri-adi haldır”, - deyə “Die Welt” fikirlərini davam etdirir: “Bu günlərdə Rusiya desantları belaruslu həmkarları ilə birgə təlimlər keçirib. Keçən həftə nüvə silahı daşıya bilən Tu-22M3 bombardmançı təyyarələri Belarus səmasında patrul uçuşları keçirdi ki, bu da miqrasiya böhranı fonunda Moskvanın Qərbə xəbərdarlığı kimi qiymətləndirilə bilər”.
NATO rəsmiləri də hesab edirlər ki, bütün bu hadisələr bir-biri ilə bağlıdır. Onların fikrincə, Kremlin rəhbəri Vladimir Putinin hərbi vasitələrlə yanaşı, iqtisadi təzyiq, dezinformasiya, təhrik və kiberhücumlardan da istifadə edərək Qərbə qarşı apardığı hibrid müharibəsi aparır. Rusiya prezidenti öz məqsədlərindən birinə artıq nail olduğunu düşünənlər də yox deyil: Ukrayna sərhədləri yaxınlığındakı manevrlərə görə artıq Avropada Moskva ilə necə davranmaq barədə mübahisələr yaranıb. Almaniya, Fransa kimi ölkələr Rusiya ilə qarşıdurmaya getmək istəmirlər. ABŞ-ın Almaniyaya nüvə silahı yerləşdirməsi fikrinə Berlinin isti baxmadığı iddia olunur. NATO-nun Baş katibi Stoltenberq isə ABŞ-ın mövqeyindən çıxış edir və gərginlikdən geri çəkilmək fikrində deyil. İddialar inansaq, o, hətta asi müttəfiqlərinə “Almaniya bunu istəməsə, biz nüvə silahlarını Şərqi Avropa ölkələrinə yerləşdirəcəyik”, - deyib. Stoltenberq konkret hansı ölkəni nəzərdə tutduğu açıqlamayıb. Amma hakim qənaətə görə, ABŞ nüvə silahını Polşaya yerləşdirə bilər. Bir çox müşahidəçilər son zamanlar Belarusun miqrant gərginliyində əsasən Polşanı hədəfə almasının da başlıca səbəbi bununla əlaqədardır.
NATO-nun keçmiş strateqi Stefani Babst isə Rusiyanın bu addımlarını diqqəti daha ciddi problemlərdən yayındırmaq cəhdi kimi qiymətləndirir. Strateqin fikrincə, Rusiya Arktikadakı hərəkətlərini heç kim görməsin, deyə bu təxribatlara əl ata bilər. "Yaxın aylarda biz regiondakı vəziyyəti diqqətlə izləməliyik", - deyən ekspert bildirib ki, reallıqda Rusiyanın Ukraynaya hücumu ehtimalı çox azdır: “Belə olan halda NATO Ukraynanın tərəfini tutacaq və Putin bunu bilir. O, niyə buna getməlidir? Maliyyə xərcləri böyük olacaq, bu, Putinə birbaşa strateji üstünlüklər qazandırmayacaq və bu vəziyyətdə Çin də Moskvaya siyasi dəstək verməyəcək. Üstəlik, 2014-cü ildə Krımın ilhaqına qədərki vəziyyət indiki ilə müqayisə olunmazdır”.
Babst əmindir ki, Putin “zəmanəmizin qlobal problemlərini birgə həll etmək qüdrətinə sahib Rusiyanın nüfuzlu prezidenti” kimi görünmək üçün qonşu ölkədə sabitliyi pozmağa cəhdlər edir. “ABŞ, Böyük Britaniya, Almaniya və Fransanın prezidentləri və hökumət başçıları ilə bərabər şəraitdə möhtəşəm görüşlər onun ən mühüm arzularından biridir”, - Babst belə düşünür.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar