Xəbər lenti
Bu gün, 19:31
Bu gün, 16:10
Bu gün, 14:55
Bu gün, 13:38
Bu gün, 12:14
Bu gün, 10:18
Dünən, 18:46
Dünən, 11:23
Dünən, 10:54
21-11-2024, 23:44
21-11-2024, 22:59
Ukraynanın keçmiş xarici işlər naziri Pavel Klimkin Rusiyanın Ukraynaya qarşı hərbi əməliyyatlara başlayacağı təqdirdə Qərbi ölkələrini ona qarşı “cəhənnəm” sanksiyaları tətbiq etməyə çağırıb.
Ovqat.com-un məlumatına görə, ukraynalı diplomat Rusiya prezidenti Vladimir Putinin xarici siyasətdə bir neçə uğur əldə etdikdən sonra cəsarətləndiyini bildirib.
Onun fikrincə, Qərbin üzüyolalığı sayəsində cəsarətlənən Moskva Kiyevə qarşı genişmiqyaslı təxribatlara əl ata bilər. Bununla belə, Klimkinin əmindir ki, ABŞ və Aİ “qabaqlayıcı tədbirlər” görüb, əks hücum planı hazırlayıb. Diplomat “cəhənnəm sanksiyaları” deyərkən nəyi nəzərdə tutduğuna belə aydınlıq gətirib: “Adnı “cəhənnəm sanksiyaları qoyaq və ya qoymayaq. Bunun adı “qeyri-cəhənnəm sanksiyaları” da ola bilər. Məni onun adı yox, mahiyyəti maraqlandırır; Rusiya SWIFT-dən kənarlaşdırılacaqmı, yaxud ondan alınan neft idxalı məhdudlaşdırılacaqmı? Bu günə kimi nə baş verdiyini deyə bilmərəm, amma bilirəm ki, amerikalılar hazırda bunu müzakirə edirlər. Ukraynaya hansı yeni silahların və nə vaxt tədarük ediləcəyini də bilmirəm, , amerikalıların bunu da müzakirə etdiklərinə əminəm”.
Klimkin ona da əmindir ki, Ukraynaya silah tədarükü məsələsi Rusiya liderinin amerikalı həmkarı Co Baydenlə onlayn görüşündə həll olunacaq.
Qeyd edək ki, Ukraynanın sabiq baş diplomatının bu proqnozunu dəstəkləyən baqa dəlillər də var. Xatırlayırsınızsa, hələ may ayının sonunda Rusiya Xarici İşlər Nazirliyi SWIFT beynəlxalq ödəniş sisteminin sanksiyalar paketinə salına biləcəyini bildirmişdi. Lakin sonradan nazirlik Rusiyanın SWIFT sistemindən çıxarılma ehtimalının fəlakət olmayacağını qeyd etmişdi. Klimkinin bu versiyadan əminliklə danışması və Ukrayna rəsmilərinin Rusiyadan gələn ilin fevralınadək bu ölkəyə genişmiqyaslı hücuma hazırlaşdığını bəyan etmələri gözlənilən “cəhənnəm sanksiyaları”nın yaxın aylarda tətbiq olunması ehtimalını gücləndirir. SWIFT rəhbərliyi Rusiyanı beynəlxalq ödəniş sistemindən ayırmaq riskinin olmadığını bəyan etsə də, ABŞ dövlət katibi Entoni Blinkenin belə bir addımın mümkünlüyü ilə bağlı sualı cavablandırmaqdan yayınması şübhələrin səngiməsinə imkan vermir.
Xatırladaq ki, Rusiyanın SWIFT-dən ayırmaq çağırışları yeni deyil. Aprelin 28-də Avropa Parlamenti də bu təşəbbüslə çıxış etmişdi. Sözügedən təklifi cavablandıran Avropa diplomatiyasının rəhbəri Josep Borrell bildirmişdi ki, Avropa İttifaqının Rusiyanı SWIFT ödəniş sistemindən ayırmaq hüququ yoxdur; çünki o, özəl təşkilatdır. Həmin gün xarici işlər naziri Sergey Lavrov Rusiyada SWIFT-in analoqu üçün bazanın formalaşdırıldığını xatırladaraq Qərbin təhdidlərinə cavab vermişdi. Lavrov bu sözləri deyərkən, sözsüz ki, Rusiya, Çin, İran və s. kimi ölkələrin alternativ ödəniş sistemi yaratmaq ehtimalını nəzərdə tuturdu. İddialara görə, Rusiya Mərkəzi Bankının hələ 2014-cü ildə yaratmağa başladığı SPFS sistemi SWIFT-ə qarşı ən yaxşı alternativ ola bilər. Rusiya 2017-ci ildə SPFS sistemini istifadəyə hazır olduğunu bəyan etsə də, bu layihənin aktiv fəaliyyətə keçirilməsində hələ də ciddi problemlərin olduğu bildirilir.
Yeri gəlmişkən, Rusiyanın SWIFT-ə alternativ layihəsinin 2014-cü ildə yaradılmasına start verməsi də zənnimizcə təsadüfi deyil. Belə ki, Rusiya məhz həmin ildə Krım və Donbassı işğal etmişdi. Görünür, işğal zamanı da Rusiya başına gələcəkləri əvvəlcədən hesablamış və SPFS sistemini yaratmağa qərar vermişdi.
Baxmayaraq ki, Moskvada Qərbin Rusiyanı SWIFT-dən ayırmağa cəsarət edə biləcəyinə inanmayanlar da az deyil. Bu ilin ilk yarısında məsələ müzakirəyə çıxarılanda Rusiya Federasiya Şurası vurğulamışdı ki, Qərb bu ölkəyə qarşı SWIFT-dən ayırmaq sanskiyası tətbiq edərsə Aİ aldığı neftin pulunu çamadanlarda nağd şəkildə ödəməli olacaq. Sahibkar Oleq Deripaska isə ixrac-idxal hesablaşmalarını təmin etmək üçün rəqəmsal rublun tez bir zamanda dövriyyəyə buraxılmasını təklif etmişdi.
Əslində isə Moskvanın bu özündən əminliyi bir sıra cəhətdən qüsurludur. Nədən ki, Qərb “cəhənnəm sanksiyaları” deyərkən təkcə SWIFT-dən ayırmağı nəzərdə tutmur. Burada həmçinin Rusiyadan enerji məhsullarının idxalının dayandırılmasından söhbət gedir ki, şimal qonşumuza SWIFT sanksiyası tətbiq olunarsa, Aİ-nin ona çamadanla və ya çamadansız nəsə ödəmək ehtiyacı qalmaya bilər.
Bəs, Aİ-nin Rusiyadan qaz və neft almamaq ehtimalı nə qədər yüksəkdir? Avropa Rusiyadan enerji idxalını dayandırarsa, öz tələbatını hansı resurslar hesabına təmin edə bilər?
Doğrusu, Avropa ölkələrini də ən çox bu sual maraqlandırır və hələ ki onun doğru-dürüst cavabının tapıldığını söyləmək mümkün deyil. Məsələ burasındadır ki, Aİ-nin illik qaz tələbatı 500 milyard kub metrdir. Bunun 200 milyard kub metr kubu isə Rusiyadan idxal olunur. Rusiyanın Avropaya neft ixracı da xeyli böyükdür. Son iki ildə ixrac miqdarlarında azalmalar müşahidə olunsa da, Rusiya hələ də Avropaya ildə 240 milyard ton neft satmaq potensialını əlində saxlayır. Lakin bu ilin 3 rübündə ötən ilin eyni dövrü ilə müqayisədə Rusiyadan Avropaya qaz ixdalının 6% azalması Moskvada ciddi narahatlıqlar yaradır. Ötən il koronavirusun at oynatdığı və enerji alış-verişlərini xeyli azaltdığını nəzərə alsaq, bu ilki 6%-lik geriləmə həqiqətən də təəccüb doğurur. Çünki hər kəs əksini gözləyir, Rusiyanın post-koronavirus dövründə əvvəlki göstəriciləri yaxalayacağını proqnozlaşdırırdı. İdxalın bu il də azalması ancaq bir amillə əlaqələndirilə bilər: Avropa İttifaqı alternativ layihələr üzərində çalışır. Görünür, Qərb ölkələri Rusiyanın bir gün onları da enerji yoxluğu ilə sınağa çəkəcəyindən xoflanır və tədricən alternativ mənbələrə keçməyə üstünlük verir. Rusiyadan enerji ixracını azaltması Avropa İttifaqının “SWIFT qiyaməti”nə hazırlaşdığının da xəbərçisi ola bilər.
Digər tərəfdən, sirr deyil ki, ABŞ-ın Rusiyaya qarşı “cəhənnəm sanksiyaları” planında onun yaradacağı problemlərin həlli barəsində də düşünülüb. Söhbət rus neft və qazını əvəz edəcək enerji mənbələrindən gedir. Bu plana görə, ABŞ-ın, Yaxın Şərqin və Xəzərətrafı ölkələrin enerji resursları Rusiyadan idxal olunan eyni adlı məhsulları əvəz edə bilər. Fəqət bu planın reallaşması üçün Rusiyanı və İranı ilk növbədə Suriyadan və Cənubi Qafqazdan kənarlaşdırılmaq, Yaxın Şərq və Orta Asiya enerji mənbələrinin Avropaya daşınması marşrutundakı əngəlləri aradan qaldırmaq lazımdır. Bu isə Ukrayna ilə yanaşı Yaxın Şərq və Xəzər ətrafı regionunun da beynəlxalq hesablaşmaların daha aktiv fazaya keçə biləcəyini göstərir. Məsələyə bu aspektfən yanaşanda Azərbaycan və Ermənistan arasındakı münasibətlərin getdikcə gərginləşməsinin əsas səbəbi ortaya çıxır.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar