Azərbaycanın tarixən əlverişli coğrafi mövqedə yerləşməsi həmişə onun başına bəla olub.
Tarix boyu ermənilər torpaqlarımıza göz dikiblər. Müharibələr, qırğınlar, vəhşiliklər bitməyib. 21-ci əsrdir. Yenə heç nə dəyişməyib. Amma dəyişən bir şey var. Bu gün texnologiyanın sürətlə inkişaf etdiyi bir dövrdə həqiqətləri dünyaya çatdırmaq çox asandır. İnformasiya müharibəsi gedir. Kimin informasiyası daha çox tutarlıdırsa və kütləvidirsə o öndədir.
Ermənilərin Alxanlıda törətdiyi vəhşilik, əsgərin deyil, dinc sakinlərin, 2 yaşlı körpənin qarşısına minaatan və pulemyotlarla çıxması həzm ediləcək bir şey deyil. Yaxın tarixdə Xocalıdan sonra Azərbaycan körpələri ikinci dəfə erməni vandalizminin qurbanı olur. Bəs bu dövlətin millət vəkilləri, məmurları niyə dünyaya səsimizi eşitdirmir, ahımızı çatdırmır.
Texnologiyanın imkanları ilə bu mümkündür axı. Biri var petisiyanı sadə vətəndaş başlada və dünyaya, beynəlxalq təşkilatlara təqdim edə, biri də var bu dövlətin yüksək çinli məmuru, siyasətçisi, tarixçisi internet üzərindən petisiya təşkil edə və bütün xalq da buna qoşula. Hansı daha çox əks-səda doğuracaq?
Biz bu gün də səsimizi dünyaya çatdırmadıqsa, nə vaxt çatdıracayıq? Bu hadisə erməniyə qarşı edilsəydi, çoxdandan yüz cür petisiya başlatmışdı və minlərlə erməni səsinə səs vermişdi. Bizim niyə səsimiz çıxmır?
Buunla bağlı hərbi-siyasi məsələlər üzrə ekspert, ehtiyatda olan tanınmış polkovnik Şair Ramaldanovla əlaqə saxladıq və ondan fikrini soruşduq. Polkovnik A24.Az-a açıqlamasında bildirdi ki, indiki texniki vasitələrlə hər şey etmək mümkündür, sadəcə bu işlə məşğul olmaq lazımdır. “Mən bu məsələlər üzrə ekspert deyiləm. Hərbi ekspertəm. Sadəcə olaraq fikrimi deyə bilərəm. Azərbaycan vətəndaşları mütəmadi olaraq müəyyən təkliflərlə, səsvermələrlə çıxış edirlər. Müasir texnoloji avadanlıqlarla bu çox sadədir. Sadəcə təşkil etmək lazımdır. Petisiyanı təşkil edən təşkilatçını dəstəkləyən kütlə lazımdır. Onu dünyaya çatdırmaq problem deyil. Birinci şəxslərin saytı da var, qurumları da var. İndi 30 il bundan əvvəlki zaman deyil ki məktublaşasan. Bir düymə ilə hər hansı bir şeyi təşkil etmək və lazımi ünvana çatdırmaq asandır”.
Ramaldanov bildirir ki, petisiyanın kimin başlatdığı önəmli deyil. “Siravi vətəndaşdan fərqli olaraq deputatın biliyi, məlumatı çox ola bilər, onun əlaqəli mütəxəssislərlə məsləhətləşmə imkanı daha çoxdur. Xalq, camaat fikri dəstəkləyirsə, kimliyindən asılı olmayaraq dəstəkləyəcək. Siz deyəndə haqq var. Deputatın, dövlət məmurunun, hansısa qurumun o fikri keyfiyyət cəhətdən zənginləşdirmək imkanı daha çoxdur”.
Deputat Fazil Mustafa A24.Az-a açıqlamasında qeyd edir ki , beynəlxalq arenaya çıxarılan məsələlərdə təqdimat üsulu əsasdır, imzaların sayı önəmlidir. “Problemin kimin işıqlandırması elə də əhəmiyyət daşımır. Burda bir narahatlıq yoxdur. Əsas məsələ təqdimatın doğru olmağındadır”.
Millət vəkilinin sözlərinə görə, hər hansı bir petisiyanın başladılmasına müəyyən dərəcədə vətəndaş təşəbbüs etməlidir. “Burda populizm elementləri də var. Ona görə ciddi insanlar daha çox qoşulmağa üstünlük verirlər. Qəbr və mərasim üçün çəkilən xərcləri qarşılamağa çalışırlar. Vətəndaş təşəbbüskarlığına daha çox üstünlük verilməlidir. Bu mənada biz arxa planda olmağı daha məqbul sayırıq”.
Paylaş: