“Dağlıq Qarabağ”ın ləğvi qaçılmaz idi.
“Report”un “RİA Novosti”yə istinadən məlumatına görə, bunu Ermənistanın baş naziri Nikol Paşinyan deyib.
Paşinyan qeyd edib ki, rəsmi İrəvan bütün resurslarını Dağlıq Qarabağ respublikasının yaradılmasına sərf edib, bu isə mümkün deyil.
“Deyirlər ki, o vaxt “Dağlıq Qarabağ”ın indiki hakimiyyəti (2023-cü ilin payızında -red) Dağlıq Qarabağı ləğv edib. Amma əslində proses 2016-cı ilin avqustunda danışıqlar prosesində substantiv dəyişikliklər nəticəsində qaçılmaz oldu”, - baş nazir vurğulayıb.
“Biz hakimiyyətə gələndə təbliğat obyekti statusumuz dəyişdi, çünki informasiya daşıyıcısına çevrildik və emosional qavrayışla reallıq arasında böyük uçurumun olduğunu gördük. Yəni emosional fikirlərimizi həyata keçirmək üçün bütün resurslardan istifadə etdik. Biz isə hakimiyyətə gələrək bəyan etməli olduq ki, bu emosional qavrayışın həyata keçirilməsi mümkün deyil”, - Paşinyan vurğulayıb.
Onun fikrincə, indiki hakimiyyətin təqsiri odur ki, onlar xalqla bu barədə danışmayıb, hətta onun özü də bu praqmatik reallıqla barışa bilməyib.
"Belə bir söhbətə başlamağın emosional imkansızlığı ondan ibarət idi ki, bu, Ermənistana və xalqına 30 il əvvəl həll olunmayan bir problemə sadəcə vaxt itirmək, resurs sərf etdiyimizi bildirmək demək idi", - Paşinyan vurğulayıb.
Paylaş: