Xəbər lenti

“1998-ci ildən 2022-ci ilə qədər Rusiyanın ən iri neft və qaz yataqlarını istismar edən Rokfeller xanədanına məxsus “Exxon-Mobil” Ukrayna savaşı başlayandan sonra Rusiyanı tərk edən sonuncu enerji şirkətlərindən biri olmuşdur. Təbii ki, şirkət öz iş sahəsini məcburiyyət qarşısında tərk etmişdir...”

“Ötən söhbətimizdə dediniz ki, Tramp da, Kissincer də Rokfeller ailəsinə bağlıdır. Maraqlıdır ki, Kissincer ölümündən bir neçə il əvvələdək demək olar ki, 2000-ci ildən bəri hər il azı bir dəfə Moskvaya gəlib Putinlə qapalı 2-3 saatlıq görüşlər keçirib. Həmin görüşlərin əsas mövzusunun nədən ibarət olması haqda isə dəqiq məlumat yoxdur. Bəlkə elə Rokfellerlərin Putin üzərində də təsiri mövcuddur?"

Bu sualımıza cavab olaraq siyasi şərhçi Heydər Oğuz Moderator.az-a açıqlamasında belə deyib: 

“Rokfeller ailəsinin Rusiya ilə əlaqələri daha uzaq tarixlərə qədər gedib çıxır. Məlumdur ki, ABŞ-ın neft və qaz sektorunu öz inhisarı altında alan Rokfellerlər 19-cu əsrin sonu, 20-ci əsrin əvvəllərində Bakı nefti ilə maraqlanırdı. Bolşevik inqilabı bu təşəbbüsün qarşısını alsa da, 1960-ci illərin ortalarından Rokfeller ailəsi ilə SSRİ-nin bir başa təmasları başlamışdı. İlk təması quran isə Rokfeller xənadanının başçısı Devid Rokfeller olmuşdur. Özünün “Bankirlər Klubu”  adlı kitabında Devid Rokfeller SSRİ ilə ilk təmaslarının 1962-ci ildə Sovet ziyalılarının dəvətilə Moskvaya səfərindən başladığını bildirir. Bu səfərdən sonra o, Amerika və Sovet Ziyalılarının Dartmut Görüşləri adlı təşkilat qurur və onun direktoru olur. Devid Rokfellerin Moksvaya mütəmadi səfərləri isə 1970-ci illərə təsadüf edir. Haqqında danışdığımız kitabda yazdığına görə, 1970-ci illərdə hər il ən azı 1 dəfə Moskvaya səfər edən Rokfeller burada SSRİ-nin ən yüksək vəzifəliləri ilə görüşür və iki dövlət arasında ticarət əlaqələrini qurulmasını müzakirə edir. Ən çox görüşdüyü şəxslər isə sonradan Rusiyanın xarici işlər naziri olmuş Yevgeni Primakov və BMT baş katibinin müavini Vladimir Petrovski olur. Rokfeller xanədanının başçısı etiraf edir ki, bu iki şəxsin intellektual bazası onda böyük heyranlıqlar yaradır. Rokfellerin təmas qurduğu digər sovet yetkilisi öz təbiri ilə desək, “SSRİ-nin ən mühüm siyasi xadimlərindən biri olan Aleksey Kosıgin” idi. “Kosıgin 1964-cü ildə Nikita Xruşşovun devrildiyi çevrilişdə iştirak etmişdi. Hündürboy, arıq, kədərli sifətli Kosıgin istedadlı idarəçi idi və çətin sovet iqtisadiyyatının idarə olunmasında möcüzələr yaratmışdı. Biz görüşəndə o, Kremldə hakimiyyət uğrunda mübarizəni Kommunist Partiyasının lideri Leonid Brejnevə uduzmuşdu və baş nazir postuna, sovet iqtisadiyyatının baş əməliyyat direktoru vəzifəsinə yüksəlmişdi”, - Rokfeller “Bankirlər Klubu”  adlı kitabında yazırdı.

Bildirdiyinə görə, görüşlərindən birində Kosıgin ona ABŞ-SSRİ arasında ticari əlaqələrin qurulması barədə nə düşündüyünü soruşur. Rokfeller isə ona cavab verir ki, bunun üçün ilk öncə sovet manatının konvertasiya olunma imkanının yaradılması vacibdir... 

“Mən ona sual verərək bildirdim: "Əgər Sovet İttifaqı həqiqətən də dünyanın iqtisadi gücünə çevriləcəksə, bu, dünya ticarətində ciddi amil olacaq. Əgər sizdə konvertasiya olunan valyuta yoxdursa, bu necə ola bilər? Mən başa düşürəm ki, rublun konvertasiyaya yiyələnməsi SSRİ üçün başqa fəsadlar yarada bilər, çünki ideologiyanız sizdən kəskin şəkildə xalqın hərəkətini, valyutanın yaxşı hərəkətini məhdudlaşdırmağı tələb edir. Bu iki reallığı bir-biri ilə necə uzlaşdırmaq olar?

O, bir anlıq çaşqınlıqla mənə baxdı, sonra isə adekvat olmayan cavablar verdi. Aydındır ki, o, konvertasiya olunan valyutanın tətbiqinin praktiki nəticələri barədə heç vaxt ciddi düşünməyib”, - D. Rokfeller yazırdı.

Bildirdiyinə görə, görüşlərindən birində Kosıgin ona ABŞ-SSRİ arasında ticari əlaqələrin qurulması barədə nə düşündüyünü soruşur. Rokfeller isə ona cavab verir ki, bunun üçün ilk öncə sovet manatının konvertasiya olunma imkanının yaradılması vacibdir... 

“Mən ona sual verərək bildirdim: "Əgər Sovet İttifaqı həqiqətən də dünyanın iqtisadi gücünə çevriləcəksə, bu, dünya ticarətində ciddi amil olacaq. Əgər sizdə konvertasiya olunan valyuta yoxdursa, bu necə ola bilər? Mən başa düşürəm ki, rublun konvertasiyaya yiyələnməsi SSRİ üçün başqa fəsadlar yarada bilər, çünki ideologiyanız sizdən kəskin şəkildə xalqın hərəkətini, valyutanın yaxşı hərəkətini məhdudlaşdırmağı tələb edir. Bu iki reallığı bir-biri ilə necə uzlaşdırmaq olar?

O, bir anlıq çaşqınlıqla mənə baxdı, sonra isə adekvat olmayan cavablar verdi. Aydındır ki, o, konvertasiya olunan valyutanın tətbiqinin praktiki nəticələri barədə heç vaxt ciddi düşünməyib”, - D. Rokfeller yazırdı.

Maraqlıdır ki, Moskvadakı məlum görüşündə suallarına aydın cavab ala bilməyən Rokfeller ABŞ-a qayıtdıqdan sonra SSRİ rublunun konvertasiya qabiliyyəti barədə ciddi şəkildə düşünmüş və bəzi addımlar atmışdı. Devid Rokfeller Rusiyanın apardığı bu islahatlar barədə Kosıginlə görüşündən cəmi 1 həftə sonra xəbər tutur. Ona bu məlumatı çatdıran isə İsveçrə Milli Bankının qubernatoru Fritz Letviler olur: “Təxminən bir həftə sonra Amsterdamda bir restoranda nahar edərkən İsveçrə Milli Bankının qubernatoru Fritz Loetviler məni görüb masama gəldi. Letviler Moskvadan yenicə qayıtdığını söylədi. Dedi ki, mənim səfərimdən sonra Kosıgin onun Moskvada olduğunu bilib və onu ziyarətə dəvət edib. Kosıgin mənim sözlərimdən narahat olduğunu gizlətməyib və onlar iki saat ərzində valyutanın konvertasiyasının Rusiya üçün təsirlərini müzakirə ediblər”, - Rokfeller yazırdı.

Aleksey Kosıginin Rokfellerə təklifləri arasında Rusiyanın neft və qaz sektoruna investisiya qoyulması məsələləri də vardı. Bildirdiyinə görə, bu təklifdə Sibirdəki neft və yataqlarının bərabət istismarı nəzərdə tutulurdu. Təsadüfi deyil ki, 1990-cı illərdə SSRİ dağıldıqdan sonra Rokfeller xanədanına məxsus enerji şirkətləri həqiqətən də bu sahəyə böyük investisiyalar yatırmağa başlamışdı. Xüsusilə də “Exxon-Mobil” şirkəti. Məlumata görə, “Exxon-Mobil”in törəməsi olan “Exxon Neftegas Limited” xüsusilə Saxalin və Uzaq Şərqin digər hissələrində böyük investisiyalar qoymşdu. Həm Saxalin adasında, həm də Oxot dənizindəki Çayvo, Odoptu və Arkutun-Dağı yataqlarında neft və qazın kəşfiyyatı və hasilatına nəzarət edən “Saxalin-I” konsorsiumunun əsas Amerika operatoru olan “Exxon Neftegas” şirkəti bu layihənin 30 %-nin sahibi idi. 1998-ci ildən 2022-ci ilə qədər Rusiyanın ən iri neft və qaz yataqlarını istismar edən “Exxon-Mobil” Ukrayna savaşı başlayandan sonra Rusiyanı tərk edən sonuncu enerji şirkətlərindən biri olmuşdur. Təbii ki, şirkət öz iş sahəsini məcburiyyət qarşısında tərk etmişdir. Sual oluna bilər: “Exxon-Mobil” kimə məxsusdur? Gəlin, bu suala cavabı şirkətin öz rəsmi təqdimatından öyrənək: “1870-ci ildə Con D.Rokfeller tərəfindən qurulan “Standard Oil” 20-ci əsrin əvvəllərində neft sənayesinin ən güclü aktyoruna çevrildi və ABŞ Ali Məhkəməsi tərəfindən monopoliya təşkil etdiyi üçün kiçik şirkətlərə bölündü. Yaranan şirkətlərdən “Standard Oil of New Jersey” “Exxon” adını, “Standard Oil of New York” isə “Mobil” adını aldı. İki şirkət 1999-cu ildə birləşərək bu gün Rokfellerin “Standard Oil” şirkətinin ən böyük varisini yaratdı”.

Ən maraqlısı isə odur ki, 2001-ci ildən “Exxon-Mobil”ə rəhbərlik edən Reks Tillerson yeni vəzifəsinə təyin olunana qədər  “Exxon Neftegas”ın rəhbəri idi. Tillerson həm də Donald Trampın ən yaxın və etibarlı dostlarından biri kimi tanınır. Təsadüfi deyil ki, Tramp 2017-ci ildə ilk dəfə prezidentlik postunda oturanda Tillersonu ABŞ Dövlət Departamentinin katibi vəzifəsinə təyin etmişdi. Faktiki olaraq, o vaxt ABŞ administrasiyasının ikinci şəxsi sayılan Tillersonun bu təyinatı Vaşinqtonda böyük səs-küy yaratmışdı. Müxalifləri yeni dövlət katibini Putinin ən azı 20 illik dostu olmaqda ittiham edir və bu təyinatı ABŞ-ın milli maraqlarının Rusiyaya satılması kimi qiymətləndirirdilər. Görünür, bu səbəbdən də Tillersonun dövlət katibliyi uzun sürmədi və 1 il sonra o, vəzifəsindən istefa etmək məcburiyyətində qaldı. Tillersonun dövlət katibi olarkən ən yadda qalan hərəkəti isə 2017-ci ilin aprel ayında Brüsseldə keçirilən NATO sammitinə yox, Moskvaya getməsi olmuşdu...”




Ana səhifəyə qayıt        Baxış: 5 283          Tarix: 23-04-2025, 18:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma