Xəbər lenti
 
Erməni Vəkillər Assosiasiyası sabiq prezident və baş nazir Serj Sarkisyanın ABŞ səfirliyindəki hesabları ilə bağlı qalmaqallı məlumatları araşdırmağa çalışıb.
 Erməni Vəkillər Assosiasiyasının sədri karen Zadoyan bildirib ki, ABŞ tərəfi Serj Sarkisyan və onun ailəsinin hesablarının dondurulması ilə bağlı məlumatı təkzib etməyib .

Bundan əvvəl, erməni KİV-də Serj Sarkisyan və onun ailəsinin ABŞ-dakı hesablarının dondurulması və beynəlxalq korrupsiyaya qarşı idarənin nümayəndəsinin Ermənistana araşdırmalara gəlməsi barədə məlumat yayılıb.
"Biz ABŞ səfirliyinə müraciət etdik. Məlumatı təsdiqləmədilər, lakin təkzib də etmədilər", - deyə Zadoyan bildirib./oxu.az




Ana səhifəyə qayıt        Baxış: 782          Tarix: 18-05-2018, 19:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma