Xəbər lenti

 

ABŞ prezidenti Donald Tramp bu dəfə də dünya liderlərinə səslənib. Trampın dünya liderlərinə göndərdiyi mesaj mediada müzakirələrə səbəb olub.

Publika.az xəbər verir ki, Tramp onunla əlaqə saxlamaq istəyən dünya liderlərinə birbaşa şəxsi nömrəsinə zəng etməyi təklif edib. Bu təklifin qeyri-rəsmi olması diplomatik protokolları pozur.

Təklif haqqında birbaşa məlumata sahib ABŞ rəsmilərinin sözlərinə görə Tramp Kanada və Meksika liderlərinin onunla şəxsi mobil nömrəsi vasitəsilə əlaqə saxlamalarını təmin edib. Rəsmilərin sözlərinə görə, iki liderdən yalnız biri, Kanadanın baş naziri Justin Trudeau bu təklifi dəyərləndirib.

Daha bir məlumata görə, Tramp Fransanın yeni prezidenti Emmanuel Makronun seçilməsinin ardından onunla keçirdiyi görüşdə öz şəxsi nömrəsini ona verib. Fransanın səlahiyyətli şəxslərinin verdiyi məlumatda isə, Makronun bu xətdən istifadə edib- etmədiyi barəsində dəqiq məlumat verilməyib.

Ağ Ev isə məsələ ilə bağlı heç bir açıqlama verməyib.

Könül Cəfərli




Ana səhifəyə qayıt        Baxış: 824          Tarix: 31-05-2017, 10:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma