Xəbər lenti

 

Suriyada baş verən son olaylara aydınlıq gətirən Türk-İslam Araşdırmaları Mərkəzinin sədri, tarixçi alim Telman Nüsrətoğlu qlobal güclərin bu məsələdə Türkiyəyə qarşı cəbhə formalaşdırdığına diqqət çəkdi:

“Bu gün Orta Şərq məsələsində Ərdoğan hökumətinin siyasəti iki müstəvidə şərh edilir. Niyə hələ də Əsəd və Sisi ilə görüşülmür? Bu gün ortada elə bir hiyləgər oyun var ki, “Türkiyə bu gün incə bir ipin üzərində gedir deyə” siyasət yürüdülməyə çalışılır. Təmasların  mənfi və müsbət cəhətlər var. Qlobal oyunçuların əlində alət və vəsaitələr çoxdur.

Şahid olduğumuz kimi Fəratın şərqində əməliyyatalr ciddiyyət qazanınca rejim və Rusiya İdlibdə hərəkətə keçərək Ankaranı orada məşğul edir, Amerika təyyaərələri isə ora bomba yağdırır. Türkiyənin yanında isə sadəcə müxalifət və xalq var. Onu da müxtəlif hiylə, təxribat və oyunlarla Türkiyəyə qarşı qoymağa çalışırlar. Suriyada bəzi güclər silahlı mücadiləyə keçərək dünyanın müxtəlif bölgələrindən xüsusi xidmət orqanlarının nəzarətindəki radikal ünsürləri ora cəlb edərək PYD layihəsinin uğuru üçün xaos ortamı formalaşdırdılar. Eyni güclər Suriyanın gələcəyi ilə bağlı anlaşmanı, demokratik konstitusiya layihəsi üzrə razılaşmanı sabotaj edərək Türkiyə tərəfdarı müxalifəti tamamilə təsirsiz hala salmaq istəyirlər.

Suriyanın gələcəyinin müzakirə ediləcəyi toplantıda Türkiyənin təsirli olmasını istəmirlər. Çünki o masada demokratiya, xalqın iradəsi yox, BOP layihəsi çərçivəsində Fəratın şərqinə muxtariyyət vermə, PKK-PYD layihəsini tamamlama hədəfi var. Görünən odur ki, rejimi də buna razı salıblar. Bu saatdan sonra Əsədlə görüşülsə nə olacaq, görüşülməsə nə olacaq... Onun  da iradəsi onsuz da öz əlində deyil. Bu vəziyyət sadəcə müxalifət və zülüm görmüş xalqı Türkiyədən uzaqlaşdırmağa yarayar.

Bəs Sisi? Onu iqtidara gətirən Amerika və İsrailin iradəsinin ziddinə bir tək addım ata bilərmi sanırsınız?

Bu an bütün planları pozacaq həmlə Fəratın şərqinə əməliyyat ola bilər. İki min illik hafizəsi olan türk dövlət ağlı bu çətinlikləri də aşacaq inşallah. Aşacaq və aşmaq məcburiyyətindədir. Çünki Türkiyə  bütün türk-islam aləminin, qəddar qlobal quldurların qarşısındakı məzlumların tək ümididir”.

 

Seymur ƏLİYEV




Ana səhifəyə qayıt        Baxış: 464          Tarix: 4-09-2019, 23:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma