Xəbər lenti

  

“Biz Suriyada demokratiya inşa etməyə çalışırıq. Bəs, Türkiyə niyə bizə hücum edir"?

Ovqat.com xəbər verir ki, “Vaşinqton Post” qəzetində bu gün dərc olunan bir yazının sərlövhəsi belədir.

Türkiyənin “Zeytun budağı” əməliyyatından bəhs edən yazıda müəllifi PYD-nin həmsədri Hevi Mustafa ABŞ-a separatçı müttəfiqini qorumaq üçün bəzi məsləhət verib. Onun fikrincə, İŞİD-ə qarşı döyüşən DSG-nı Suriya bombardımanından xilas etmək üçün ABŞ vaxtilə Rusiyayla “uçuşa qadağan bölgə” barədə razılığa gəldiyi kimi, indi eyni addım Türkiyəyə qarşı atılmalıdır.

Müəllif, həmçinin, məqalədə Afrində niyə ABŞ əsgərlərinin olmamasına da aydınlıq gətirib. İddiasına görə, İŞİD heç bir zaman Afrini öz nəzarəti altına almadığından burada ABŞ-ın mövcudluğuna ehtiyac duyulmamış və kürdlər indi bunun bədəlini ödədiyirlər: "Bu vəziyyət Ərdoğanı terrorla mübarizə pərdəsi altında bizə qarşı savaş açmağa cəsarətləndirdi. O, kürdlərin hamısını anadangəlmə terrorçu olaraq görür".

Hevi Mustafaya görə, ABŞ-ın apardığı xarici siyasət Türkiyənin üzərində heç bir təsir gücünə malik deyil və bu, təəccüb doğurmur deyil: “Ərdoğan əvvəldən Əsəd rejiminə qarşı demokratik bir alternativi dəstəkləmədi və ABŞ-ın Suriyada əl-Qaidəyə qarşı mübarizəsinə yardım etmədi”.

 Bir vaxtlar əl-Qaidənin güclü olduğu bölgələrdə hazırda “demokratik düşüncəyə malik çoxsaylı suriyalını öz sıralarına qatdıqlarını və qlobal təhlükəsizliyə qarşı bu təhdidi ortadan qaldırmaq üçün ABŞ ilə əməkdaşlığa hazır olduqlarını vurğulayan müəllif Vaşinqtondan real dəstək gözləyir: “Amma bu dəstək təcili verilməlidir. Zaman daralır”.




Ana səhifəyə qayıt        Baxış: 930          Tarix: 23-01-2018, 20:02      

Xəbəri paylaş


Paylaş:   

Prizma