Xəbər lenti

 

Azərbaycanlı fəal Bəxtiyar Hacıyev Ermənistanın Baş Naziri Nikol Paşinyana Qarabağla bağlı sual ünvanlayıb. 

Onlar Paris Sülh Forumunda bir araya gəliblər. Azərbaycandan gəldiyini, Ermənistanda anadan olduğunu bildirən Hacıyev Paşinyanı çətin vəziyyətə salıb:

“Amma təbii olaraq öz doğulduğum yerə gedə bilməmişəm. Siz münaqişəylə bağlı bir çox beynəlxalq reaksiyalara istinad etdiniz. Amma eyni zamanda, başqa beynəlxalq qərarlar var ki, onlar erməni qoşunlarının Qarabağdan çıxarılmasını tələb edir. Avropa Birliyi ölkələri Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıyır. Azərbaycan belə bir təklif vermişdi ki, ermənilərlə azərbaycanlılar birgə yaşaya bilərlər. Bu, işin birinci tərəfidir”.

Birinci sualdan sonra Paşinyan qeydlər etmək üçün qələm axtarmağa başlayıb. B.Hacıyev bildirib ki, əgər ona qələm lazımdısa, o özününkünü Paşinyana verə bilər. Baş Nazir əvvəlcə imtina etmək istəsə də, qələmi Hacıyevdən alıb. Bu zaman B.Hacıyev “Bu, Azərbaycandan bir hədiyyədir” deyə söz atıb.

Azərbaycanlı fəal sualının ikinci hissəsini də verib:

“Digər məsələ bundan ibarətdir ki, siz ermənilərin və erməni soyadlı insanların Azərbaycana gedə bilmədiyini demisiz. Amma mən sizə xatırladıram ki, Birinci Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev auditoriyanı sakitləşməyə çağırmışdı və onlardan qalib gəlmiş erməni idmançıya hörmət etməyi xahiş etmişdi. Biz hamımız başa düşürük ki, sülh, konfliktin həlli bütün regionda vəziyyətin sabitləşməsi və çiçəklənməsi deməkdir. Siz qarşı tərəfin Baş Naziri kimi Xankəndində “Qarabağ Ermənistanındır” demisiz. Bu, məsələnin sülh yolu ilə həll edilməsinə necə yardım edə bilər?” 

B.Hacıyev eyni zamanda xatırladıb ki, Azərbaycan Prezidenti “Dağlıq Qarabağ Azərbaycandır və nida!” ifadəsini də işlədib.

Paşinyan suala cavab verməkdə çətinlik çəkib. O, bundan öncə verdiyi açıqlamalara istinad edərək ciddi bir arqument göstərə bilməyib. 

Sonradan Hacıyev sözügedən görüşü və qələm dialoqunu belə şərh edib: “Tədbirə gəlib, qələmi yox idi. Çıxarıb qələm verdim, dedim hədiyyəm olsun. Sonra köməkçilərindən biri qaytardı ki, sağ ol, lazım deyil. Dedim aldıqlarınızın hamısını belə qaytaracaqsınız”. /qafqazinfo.az

 

 Videonu izləmək üçün kursoru linkin üzərinə gətirib sıxın.

https://qafqazinfo.az/news/player?id=269327&l=/uploads/files/%D0%97%D0%B0%D0%BF%D0%B8%D1%81%D1%8C_2019_11_12_16_07_59_646.mp4




Ana səhifəyə qayıt        Baxış: 335          Tarix: 12-11-2019, 19:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma