Xəbər lenti

 

Bu gün Azərbaycanın görkəmli şairi Almas İldırımın (1907-1952) anım günüdür.

Kult.az Almas İldırımla bağlı 7 faktı təqdim edir:

1. O, 1928-ci ildə şeirlərindəki millətçi ismarışlarına görə Dağıstana sürgün edilib.

2. 1930-cu ildə Bakıda “Dağlar səslənərkən” şeirlər məcmuəsini nəşr etdirsə də, kitab senzuradan keçməyib və şairin Azərbaycan Yazıçılar İttifaqından qovulmasına səbəb olub.

3. Türkmənistanda sürgündə olarkən məktəb direktoru kimi çalışıb. Lakin agentlər tərəfindən “zərərli şəxs” elan edildikdən sonra 1933-cü ildə həyat yoldaşı Zivər xanımı və üç aylıq körpəsi Azəri götürüb İrana qaçıb. Sərhəd gözətçilərinin və gömrük məmurlarının gözünə görünməmək üçün ən çətin cığırlarla sıldırım qayaları ötüb İrana çatıb. Lakin dərhal həbs edilib və onu bolşevik agenti hesab edərək işgəncələrə məruz qoyub, sinəsinə qədər soyuq suyun içində saxlayıblar. Bu işgəncə şairin səhhətində dərin izlər qoyub. O, sağalmaz böyrək xəstəliyinə tutulub.

4. Hələ 24 yaşında Bakını tərk edən Almas İldırım doğma şəhərlə bu görüşün sonuncu olacağını sanki hiss edib və “Əlvida, Bakı” şeirini yazıb.

5. Almas İldırımın ömrü boyu 4 vətəndaşlığı olub: Rusiya İmperiyası, AXC, SSRİ, Türkiyə.

6. O, 1934-cü ildən ömrünün sonuna kimi Türkiyədə yaşayıb və Azərbaycan mühacirət poeziyasının ən qüdrətli nümayəndələrindən birinə çevrilib.

7. A.İldırım 1952-ci il yanvarın 14-də böyrək çatışmazlığından vəfat edib. Bakının Şüvəlan kəndində Almas İldırımın adını daşıyan küçə var.




Ana səhifəyə qayıt        Baxış: 323          Tarix: 14-01-2020, 14:03      


Paylaş:   

Xəbərə şərh yaz
Adınız:*
E-Mail:*
Şərhiniz:*
  • bowtiesmilelaughingblushsmileyrelaxedsmirk
    heart_eyeskissing_heartkissing_closed_eyesflushedrelievedsatisfiedgrin
    winkstuck_out_tongue_winking_eyestuck_out_tongue_closed_eyesgrinningkissingstuck_out_tonguesleeping
    worriedfrowninganguishedopen_mouthgrimacingconfusedhushed
    expressionlessunamusedsweat_smilesweatdisappointed_relievedwearypensive
    disappointedconfoundedfearfulcold_sweatperseverecrysob
    joyastonishedscreamtired_faceangryragetriumph
    sleepyyummasksunglassesdizzy_faceimpsmiling_imp
    neutral_faceno_mouthinnocent