
İraqın Xarici İşlər naziri Məhəmməd Əli əl-Hakim NATO-nun Baş katibi Yens Stoltenberqlə Bağdadınhərbi alyansla gələcək münasibətlərini müzakirə edib.
APA xəbər verir ki, bu barədə İraq XİN-in bəyanatında deyilir.
“Telefon danışıqları zamanı İraqdakı və bölgədəki vəziyyət müzakirə edilib. Alyansla əlaqələrin gələcəyi, əməkdaşlıq mexanizmləri də müzakirələrin mövzusu olub”, - deyə sənəddə qeyd olunur.
İraq XİN-in rəhbəri söhbət zamanı “İraqın öz suverenliyini qorumaqda rolunun gücləndirilməsinin vacibliyini” vurğulayıb. Əl-Hakim, həmçinin bildirib ki, İraq üçüncü ölkələrin qarşıdurma meydanına çevrilməməlidir.
Alyansın Baş katibi öz növbəsində NATO-nun Yaxın Şərqdəki sabitliyə və beynəlxalq terrorizmlə mübarizəyə daha çox töhfə vermə potensialının olduğunu, Yaxın Şərqdəki fəaliyyətini artırarsa, bunu bölgə ölkələri ilə əməkdaşlıq çərçivəsində edəcəyini deyib.
Paylaş: