Xəbər lenti

 

Yalta konfransının açılışının 75 illiyi ilə əlaqədar Rusiya Xarici İşlər Nazirliyinin Arxiv Xidməti bir sıra sənədləri yayımlayıb.

Axar.az xəbər verir ki, ictimaiyyətə təqdim edilən sənədlər arasında yüksək vəzifəli diplomatların yazışması, danışıqlarının protokolları, eləcə də konfrans iştirakçılarının fotoları yer alıb.

XİN bu sənədlərin tədqiqatçıların marağına səbəb olacağını açıqlayıb.

Qeyd edək ki, Yalta konfransı 1945-ci il fevralın 4-də başlayıb və 11-nə qədər davam edib. Konfransda Franklin Ruzvelt, Uinston Çörçill və İosif Stalin iştirak edib. Onlar II Dünya müharibəsindən sonra Avropa və Almaniyanın qurulmasını müzakirə ediblər.




Ana səhifəyə qayıt        Baxış: 504          Tarix: 5-02-2020, 09:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma