Xəbər lenti

 

İstanbulun Sabiha Gökçən hava limanında baş vermiş qəzada yaralanan və azərbaycanlı olduğu iddia edilən şəxsin kimliyi araşdırılır.

Bu sözləri Axar.az-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti İdarəsinin rəisi Leyla Abdullayeva deyib.

"Məsələ hazırda araşdırılır. Türkiyə tərəfindən verilən məlumata görə, sərnişinlər arasında Azərbaycan soyadı daşıyan 1 nəfərin olduğu təsdiqlənib. Lakin onun Azərbaycan vətəndaşı olub-olmadığı məlum deyil və kimliyi ilə bağlı məlumat araşdırılır", - deyə o bildirib.

Qeyd edək ki, ötən gün "Peqasus" şirkətinə məxsus layner Sabiha Gökçən hava limanına enərkən zolaqdan çıxıb. Belə ki, İzmir-İstanbul aviareysini həyata keçirən təyyarə sərt eniş edib, daha sonra sürüşərək yoldan çıxıb və 3 hissəyə parçalanıb. Nəticədə 3 nəfər ölüb, 179 nəfər yaralanıb.




Ana səhifəyə qayıt        Baxış: 402          Tarix: 6-02-2020, 10:21      

Xəbəri paylaş


Paylaş:   

Prizma