Xəbər lenti

  

İndi də Türkiyədə təyyarə qəzası olub.

Ovqat.com-un məlumatına görə, qəza Sabiha Gökçen hava limanında baş verib.

Bildirilir ki, İzmirdən İstanbula uçan təyyarə enərkən, pilot təyyarəyə nəzarət edə bilməyib. Eniş zolağından çıxan təyyarə paramparça olub və yanğın meydana gəlib.

İtki barədə hələ ki heç bir məlumat verilməyib. 

Təyyarədə 177 sərnişin, 6 ekipaj heyəti olub.

Sabiha Çökçen hava limanı uçuşlara bağlanıb.

 




Ana səhifəyə qayıt        Baxış: 782          Tarix: 5-02-2020, 19:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma