Xəbər lenti

Məni nə üçün saxladıqlarını əvvəlcə mənə demədilər. Daha sonra dedilər ki, mənim haqqımda olan şikayətlər əsasında telefonumu dinləyiblər.

Axar.az xəbər verir ki, bu sözləri “BBC Azərbaycanca”ya açıqlamasında mühacir qalmaqalına görə Almaniyada saxlanılan və bir neçə gün öncə azadlığa çıxan “Leqat” Hüquq Mərkəzinin rəhbəri, tanınmış hüquqşünas Əlövsət Əliyev deyib. O bildirib ki, telefonuna, Votsapına həm Almaniyadan, həm də Azərbaycandan çoxlu sənədlər gəlib:

“Onlar da düşünüblər ki, ola bilsin, qanunsuz sənədlər bu formada gəlir. Ancaq mən tərcümə firmasıyam, sənədlər tərcüməyə gəlir. Eyni zamanda bəzən də insanlar sənədlərini göndərir ki, məzmunu nədir, necədir? Sənəddə nə düzdür, nə səhvdir? Guya mənimlə vətəndaşların əlaqəsi çoxdur. Ancaq mən Almaniyaya gələndə artıq miqrasiya üzrə tanınmış mütəxəssis idim. Bunlar isə burada bunu bilmirlər”

Onun sözlərinə görə, saxlanmağının əsası kimi Azərbaycan əsilli bir mühacirin ona qarşı yanlış ifadə verməsi olub.

Əlövsət Əliyev bildirib ki, o şərti azadlığa buraxıldığı üçün hələlik bu məsələ ilə bağlı ətraflı məlumat verə bilməyəcək.

Qeyd edək ki, Əlövsət Əliyev xalq şairi Sabir Rüstəmxanlının qardaşıdır.




Ana səhifəyə qayıt        Baxış: 270          Tarix: 15-02-2020, 14:02      


Paylaş:   

Ən çox oxunanlar