Xəbər lenti


Azərbaycan torpaqlarını bir qərinəyə yaxındır ki, işğal altında saxlayan ermənilərin bütün vasitələrdən, o cümlədən incəsənətdən  “Böyük Ermənistan” xülyasını gerçəkləşdirmək, siyasi ambisiyalarına psixoloji zəmin yaratmaq, törətdikləri cinayətləri ört-basdır etmək məqsədi ilə istifadə etdiyi məlumdur.

 

Moderator.az xəbər verir ki, bu günlərdə İspaniyanın RTVE birinci kanalında “Urartu. Unudulmuş Padşahlıq” filminin nümayişi həyata keçirilib. Rejissoru

Vagi Vardanyanın, prodüseri isə HAYASA mədəniyyət və təhsil mərkəzinin qurucu direktoru Tiqran Manasyan olan filmdə Urartu dövləti ilə bağlı tarixi həqiqətlər təhrif edilib, tamamilə saxtalaşdırılıb. Filmdə antik dövrün ən güclü dövlətlərindən biri olan Urartu Ararat diyarı kimi təsvir olunub, ermənilərin bu qədim dövlətin varisləri olduğu ideyası vurğulanıb.

 

Rusiya, Fransa, Ermənistan və Türkiyədə çəkilən filmin ABŞ, Yaponiya və Avropa dövlətlərində nümayişi üçün danışıqlar aparılır.

 

Xatırladaq ki, heç bir tarixi olmayan, sadəcə XX əsrin əvvəllərində Azərbaycan torpaqları hesabına dövlət yaradan ermənilər, bu gün ən qədim dövlətlərlə yanaşı, ən böyük sivilizasiya və mədəniyyətlərə də iddia edir, bununla da özlərini bəşər tarixində əlahiddə yeri və rolu olan xalq kimi tanıtmağa çalışırlar.

 




Ana səhifəyə qayıt        Baxış: 2 652          Tarix: 9-06-2020, 21:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma