Xəbər lenti


Dövlət İmtahan Mərkəzi (DİM) ali və orta ixtisas təhsili müəssisələrinə ərizə qəbulu müddətində öz elektron ərizəsinə daxil olub hər hansı bir qeyd aparan və ərizəsini özü təsdiq etmək imkanına malik olan abituriyentlərə bu gün saat 18:00-dək ərizələrini təsdiq etmək imkanı yaradıb.

DİM-dən NUHÇIXAN İnformasiya Agentliyinə bildirilib ki, mərkəz tərəfindən 10 və 11 iyun tarixlərində qeyd olunan kateqoriyaya aid olan 2500-dən yuxarı abituriyentə ərizələrini təsdiq etmək imkanları ilə bağlı xəbərdarlıq “SMS”ləri göndərilib. Xəbərdarlıqdan sonra yalnız 224 nəfər ərizəsini təsdiq edib. Digər şəxslər hələ də ərizələrini təsdiq edə bilərlər.

Ali və orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqədə yalnız “Abituriyentin elektron ərizə” formasını təsdiqləmiş şəxslər iştirak edə bilərlər.

Qeyd edək ki, elektron ərizəsi olmayan, həmçinin ərizənin təsdiqi üçün DİM-in məlumat bazasında yetərli məlumatları olmayan şəxslər üçün ərizə qəbulu başa çatıb.



Ana səhifəyə qayıt        Baxış: 2 672          Tarix: 12-06-2020, 17:04      

Xəbəri paylaş


Paylaş:   

Prizma