Xəbər lenti


“Azərişıq” ASC əməkdaşlarının koronavirusdan vəfat etməsi xəbərinə münasibət bildirib.

ASC-nin mətbuat xidmətindən qeyd edilib ki, Enerji Satışı Departamentinin aparıcı mühəndisi Oqtay Musayevin hansı səbəbdən vəfat etməsinə dair onlarda rəsmi məlumat yoxdur.

17:33
“Azərişıq” ASC-nin daha bir əməkdaşı koronavirusdan vəfat edib. 

Oxu.Az-ın əldə etdiyi məlumata görə, “Azərişıq” ASC-nin Enerji Satışı Departamentinin aparıcı mühəndisi Oqtay Musayev ölüb.

Mərhum bir neçə gün əvvəl xəstəxanaya yerləşdirilib. Bütün müdaxilələrə rəğmən, onun həyatını xilas etmək mümkün olmayıb.
O.Musayev dünən gecə həyatını itirib.

Qeyd  edək ki, bir neçə gün bundan əvvəl “Azərişıq” ASC-nin daha bir əməkdaşının da koronovirusdan ölməsi barədə məlumat vermişdik.



Ana səhifəyə qayıt        Baxış: 2 733          Tarix: 22-06-2020, 20:49      

Xəbəri paylaş


Paylaş:   

Prizma