Xəbər lenti
Dünən, 19:00
Dünən, 17:52
Dünən, 16:00
Dünən, 09:30
3-11-2025, 23:30
3-11-2025, 21:42
3-11-2025, 19:47
3-11-2025, 14:30
3-11-2025, 11:30
3-11-2025, 10:00
2-11-2025, 21:30
2-11-2025, 18:14
2-11-2025, 14:30
2-11-2025, 13:44
2-11-2025, 13:00
2-11-2025, 10:30
2-11-2025, 09:30
1-11-2025, 23:19

Rusiyalı jurnalist və televiziya aparıcısı Vladimir Pozner Müstəqil Dövlətlər Birliyinin (MDB) yaradılmasının səhv olduğunu, bunun sadəcə keçmiş SSRİ-nin bəzi ölkələri arasında əməkdaşlıq təşkilatı hesab etdiyini söyləyib.
Teleqraf.com xəbər verir ki, Pozner bu barədə “Online” saytına açıqlamasında deyib.
“Mənim nöqteyi-nəzərimdən, MDB-nin yaradılması bir səhv idi, bu, SSRİ-ni qorumaq üçün uğursuz bir cəhd idi”, - jurnalist bildirib.
Pozner ayrıca bu təşkilatın süni olduğuna inandığını və bu səbəbdən də yaxın zamanda “ölümünü” proqnozlaşdırdığını bildirib: “MDB ölməyə yaxın süni bir formasiyadır”.
Jurnalistə görə, Rusiya SSRİ-də olduğu kimi MDB-də də əsas dövlət idi, indi də birlikdə bu rola iddia edir.
Pozner SSRİ-nin tərkibindəki digər respublikaların Sovet İttifaqının dağılmasından əvvəl bu "böyük qardaşdan” qurtulmaq istəyinin olduğunu deyib: “Bəziləri zəiflik və yoxsulluq üzündən MDB-nin yaradılmasından sonra da bu vəziyyəti qəbul etmək məcburiyyətində qaldılar, ancaq bu cür ölkələrin sayı getdikcə azalır”.
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar




























