Otağa dolmağa çalışan milçəkləri qovmaq yayın ən zəhlətökən problemlərindən biridir. Hamımız yaxşı bilirik ki, bir çox dərman şirkətləri milçəkləri məhv edən müxtəlif cihazlar və vasitlər təklif edir. Təəssüf ki, onlar insan, xüsusilə uşaq sağlamlığına mənfi istiqamətdə təsirlər göstərə bilir.
Ovqat.com bu yazıda oxucuları milçəkləri evdən qovmağın təbii və zərərsiz üsulu ilə tanış edib.
Evinizə ağcaqanad və milçək girməsini istəmirsinizsə, spirtli sudan istifadə edin. Onunla həşəratları həqiqətən uzaqlaşdırmaq olar. Daim bir yerdə toplaşmağa meylli olan milçəklər üçün bu, ən təsirli yoldur.
Milçəklər spesefik qoxuya malik olan spirtə qarşı dözümlü deyil. Spirti şəffaf qabların, paketlərin içərisinə yerləşdirib qapı önünə, pəncərə önünə və ya hər hansı işıqlı yerə qoyun.
Şəffaf paketlər günəş işığının qırılmasına və prizmalar yaranmasına səbəb olacaq. Bu optik təsir sayəsində uçan milçəklər həm qoxudan, həm də işıqdan uzaqlaşmağa çalışacaq. (publika.az)
Paylaş: